Yolda qalan sürücülərin dostu - 156 evakuasiya xidməti - VİDEO
2011-ci il 15 oktyabr tarixindən etibarən faliyyətə başlamış Azərbaycanın ən böyük evakuasiya şirkəti "Evakuasiya.az" MMC-nin bu gün 7 yaşı tamam olur. Sosial şəbəkələrdəki öz hesablarında bu səviyyəyə gəlib çıxmaqlarının səbəbinin müştəriləri olduğunu deyən şirkət bu münasibətlə bütün müştərilərinə dərin təşəkkürünü bildirir. Hətta bu səbəbdən yoldan keçən bir çox sürücüyə hədiyyələr təqdim ediblər.
Xatırladaq ki, Evakuasiya.az, Yol Yardım Xidməti çərçivəsində müştərilərinə 3 fərqli xidmət təklif edir:
Evakuasiya Xidməti
Yolda Təmir Xidməti
Avtomobil Kirayəsi Xidməti
Şirkət yarandığı gündən bu yana bir çox mükafatlar və sertifikatlara, habelə, 2016-cı ildə "Təhlükəsizlik və Etibarlı Evakuasiya xidməti sayəsində İlin Şirkəti", 2013-cü ildə "İlin Şirkəti" adına layiq görülmüş, 2011-ci ildə isə ISO9001: 2008 beynəlxalq idarəetmə sistemi uyğunluq sertifikatını əldə etmişdir. Şirkətin hal-hazırda respublikamızın 13 şəhərində dislokasiya nöqtələri mövcuddur ki, bu da bütün ölkə ərazisində operativ xidmət göstərməyə imkan verir. Tək Bakı şəhəri və Abşeron yarımadasında şirkət 100-dən çox dislokasiya nöqtəsindən müştərilərinə xidmət göstərir.
Evakuasiya.az şirkəti bazarda rəqabət üstünlüyünü 6 prinsip üzərində qurub:
- Müştəri Məmnuniyyəti;
- Ən Aşağı Tariflər;
- Bütün Ölkə Ərazisində 24 Saat Ərzində Keyfiyyətli Xidmətin Göstərilməsi;
- Daşınan Avtomobillərə Korporativ Zəmanət və Korporativ Məsuliyyət;
- Geniş Avtomobil Qarajı;
- Güclü Keyfiyyətə Nəzarət Sistemi;
Qeyd edək ki, beynəlxalq əməkdaşlıq çərçivəsində “Evakuasiya.Az” MMC Avropanın ən böyük yol yardım xidməti şirkəti olan Almaniyanın ADAC (Allgemeiner Deutscher Automobil-Club) şirkəti ilə xüsusi tərəfdaşlıq statusuna malikdir və müştərilərinə Avropa ərazisində tərəfdaş şirkətlər vasitəsi ilə xidmət göstərir.
Avtosfer.az olaraq biz də "Evakuasiya.az" MMC-nin rəhbərliyini və kollektivini təbrik edir, yeni-yeni uğurlar arzulayırıq.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












