Süni intellekt yollarda nəyi dəyişir? - Elmar Əhmədovdan maraqlı AÇIQLAMALAR - VİDEO

Azərbaycanda yol təhlükəsizliyi və nəqliyyatın idarə olunması mövzusu son illər daha çox müzakirə olunur. Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə nəqliyyat sistemlərinin də dəyişməsi qaçılmazdır.
Qoşa xətti saymayan avtobus sürücüsü əks yola keçdi - 77-JS-486 - VİDEO
Nəqliyyat və logistika sahəsində uzun illər çalışan sürücülər istismar etdikləri avtomobillərdə yaranan problemlər qarşısında çıxılmaz vəziyyətdə qalır. Bu problemlərin sürətli həlli isə bəzi məqamlarda yenə insan amilindən asılı olur. Lakin müasirləşən dünya özü ilə daha operativ və dəqqi həllər istəyir. Bu həllərin təməlində isə sürətlə inkişaf etməkdə olan texnologiyalar dayanır.
Mövzu ilə bağlı “International Project Management” (IPM) şirkətinin rəhbəri Elmar Əhmədov Avtosfer.az-a müsahibəsində bildirib ki, müasir nəqliyyat sistemi artıq yalnız sürücü və avtomobildən ibarət deyil. Burada texnologiya və məlumat analitikası da əsas rol oynayır. Onun sözlərinə görə, Azərbaycanda yol təhlükəsizliyinin əsas problemləri, texnologiyanın rolu və gələcək nəqliyyat modeli əhəmiyyət daşıyır:

– IPM şirkəti nə ilə məşğuldur?
-IPM nəqliyyat, logistika və texnologiyanın birləşdirilməsi istiqamətində fəaliyyət göstərir. Sadə dillə desək, biz çalışırıq ki, nəqliyyat parkları – istər avtobuslar, istər şirkət avtomobilləri, istərsə də digər nəqliyyat vasitələri – yalnız sürücülərlə deyil, məlumat və texnologiya ilə idarə olunsun. Bu gün dünyada nəqliyyatın idarə olunması artıq süni intellekt, telematika və məlumat analitikası üzərində qurulur.
IPM bu sahədə nəqliyyat təhlükəsizlik sistemlərinin tətbiqi, süni intellekt əsaslı sürücü monitorinqi, logistika və nəqliyyat parklarının idarə olunması, sürücü təlimləri və təhlükəsizlik proqramları kimi istiqamətlərdə fəaliyyət göstərir. Məqsədimiz nəqliyyat sistemini daha təhlükəsiz və daha effektiv etməkdir.
– Süni intellekt nəqliyyatda konkret nəyi dəyişir? Bu texnologiyaların tətbiqi ilə müsbət və mənfi nələr ortaya çıxır?

-Ən böyük dəyişiklik təhlükəsizlik məsələsindədir. Bu gün AI əsaslı sistemlər sürücünün telefondan istifadə etdiyini, yorğun olduğunu, diqqətinin yayındığını real vaxtda müəyyən edə bilir. Bu sistemlər sürücünü dərhal xəbərdar edir və riskli vəziyyətlərin qarşısını almağa kömək edir. Texnologiya artıq qəza baş verəndən sonra yox, qəza baş verməzdən əvvəl riskləri azaltmaq üçün istifadə olunur.
– Taksi və ictimai nəqliyyatda təhlükəsizlik necə artırıla bilər?
-Artıq hamıya məlumdur ki, nəqliyyatda təhlükəsizliyin yüksəldilməsi üçün başqa instrumentlər qalmayıb. İnsan faktoru sayəsində nəzarətsizlik təhülkəsizliyə ciddi təsir göstərir və bunun qarşısını almaq üçün texnologiyaların tətbiqi mütləqdir. Sərnişin nəqliyyatı sahəsində məsuliyyət daha böyükdür. Burada söhbət onlarla insanın həyatından gedir. Bu sahədə üç əsas istiqamət vacibdir. Sürücülərin peşəkar hazırlığı, texnologiya əsaslı nəzarət sistemləri, nəqliyyat parklarının düzgün idarə olunması.
Biz IPM olaraq artıq bu istiqamətdə konkret addımlar atmışıq. Təsəvvür edin ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində şəhər nəqliyyatına nəzarət etmək üçün monitorlara daimi nəzarət edilməlidir. Bəs bu monitorlara nəzarət etmək üçün nə qədər operator olmalıdır? Bunun üçün insan resursu da kifayət edə bilməz. Lakin süni intellektin tətbiqi bu məsələni asanlaşdırır. Hazırda paytaxtdakı şirkətlərdən biri ilə birlikdə avtobuslarda süni intellekt əsaslı sürücü monitorinq sistemlərinin tətbiqi üzrə pilot layihə həyata keçirilir. Bu sistem sürücünün diqqətsizliyini, yorğunluğunu və riskli davranışları müəyyən etməyə kömək edir. İctimai nəqliyyatda sürücü hər gün onlarla insanın həyatına görə məsuliyyət daşıyır. Profesional nəqliyyat şirkətlərində sürücülərin daimi təlimləri keçirilir. Sürücüləri ilbəil təlimlərə çağırırlar. HED Academy daimi olaraq Azərbaycanda bu təlimləri təşkil edən şirkət kimi tanınır. Təlimlərdən sonra sürücülərdə artıq müəyyən vərdişlər yaranıb. Bəzi sürücülər isə düşünür ki, bu təlimlər başqalarından heç nə ilə fərqlənmir, yalnız ssürət həddi və s. kimi təkrar mövzular. Lakin süni intellekt imkan verir ki, hər bir sürücüyə fərdi təlim proqramı hazırlansın.
– Azərbaycan sürücülərin avtomobil idarə edərkən yol verdiyi əsas səhvlər nələrdir və bu məsələ necə öz həllini tapmalıdır?
Məncə əsas problemlər bunlardır: Sürücülərin hazırlıq səviyyəsi, diqqətsizlik və telefon istifadəsi, yorğun sürücülər, sərnişin nəqliyyatında standartların zəifliyi, texnologiyanın hələ geniş tətbiq olunmaması
Açıq danışsaq, yol qəzalarının böyük hissəsi insan faktoru ilə bağlıdır. Əsas səbəblər isə sürücünün diqqətsizliyi, telefon istifadəsi, sürət həddinin aşılması, yorğun halda sükan arxasına keçməkdir. Digər tərəfdən isə sürücülərin hazırlanması məsələsi də ciddi mövzudur. Əgər sürücülərin hazırlığı düzgün qurulmasa, yalnız cərimələrlə problemi həll etmək mümkün deyil”.
Müsahibənin tam versiyasını təqdim edirik:
Səfər
Avtoxuliqanlıq edən sürücüyə cinayət işi açıldı – Sənədləri yox imiş - VİDEO
Sürücü avtomobilini qorumaq üçün canını heçə saydı - VİDEO
Metrostansiyalara giriş niyə dayandırılıb? – RƏSMİ AÇIQLAMA - VİDEO
Bakıda kobud qayda pozan və qadını təhqir edən sürücü CƏZALANDIRILDI - VİDEO
Plazanın qarşısında eyni mənzərə: Səfirlik avtomobilləri dayanacağı zəbt edib - VİDEO
Oğurladıqları avtomobillə polisdən qaçan şəxslər qəzaya düşüblər - VİDEO
Kürdəmirə yola düşən ilk sürət qatarı region üçün hansı imkanları yaradacaq? – AÇIQLAMA - VİDEO
Qırmızıdan keçən avtomobil dayanacaqda sərnişini vurdu - VİDEO
Xocəsəndə “drift şou”: “Mercedes” az qala qaz xəttinə çırpılırdı - VİDEO
Qısqanc qadın ərini qardaşlarına döydürdü - VİDEO
Yol polisini kapotda sürüyən vəsiqəsiz şəxs film kimi hadisə törətdi - VİDEO










