Qoşa xətti saymayıb əks yola çıxan avtobus sürücüsü CƏRİMƏLƏNDİ - 77-JS-486 - VİDEO

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirildi ki, 77-JS-486 dövlət nömrə nişanlı “BYD” markalı avtomobilin sürücüsü müəyyən edilərək barəsində qanunamüvafiq tədbir görülüb.
***
12:00
***
Paytaxtın Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində kobud qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 23-də saat 17:30 radələrində qeydə alınıb. Belə ki, “BakuBus” MMC-yə məxsus 2 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 77-JS-486 dövlət nömrə nişanlı “BYD” markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb. Xoşbəxtlikdən hadisə zamanı qarşı zolaqda nəqliyyat vasitəsi olmayıb.
Qeyd edək ki, qoşa xəttin tələblərini pozaraq əks zolağa çıxmaq təkcə inzibati məsuliyyət doğuran qayda pozuntusu deyil, eyni zamanda yol hərəkətində ən riskli manevrlərdən biri sayılır. Bu cür davranış sürücünün özünü deyil, qəfil qarşılaşa biləcəyi digər hərəkət iştirakçılarını da birbaşa təhlükə ilə üz-üzə qoyur. Xüsusilə ictimai nəqliyyat vasitəsini idarə edən sürücülər üçün bu risk daha geniş miqyas alır, çünki belə hallarda məsuliyyət yalnız sürücünün deyil, nəqliyyat vasitəsində olan sərnişinlərin təhlükəsizliyini də əhatə edir.
Nərmin
Avtomobili yaxınlarına vermək üçün etibarnamə ləğv edilə bilər? – TƏKLİF – VİDEO
Cərimələr hansı halda silinə bilər – QANUN NƏ DEYİR? - VİDEO
Öz növbəsini gözləyə bilməyən sürücü avtomobillərə maneə yaratdı - VİDEO
Maşınını əks istiqamətdə saxlayıb yoxa çıxdı, yolda xaos yaratdı - VİDEO
Özünə yer tapmayan sürücü ard-arda qaydaları pozdu - 10-OC-323 - VİDEO
Bu yoldan sağa dönəndə diqqətli olun! - 50 manat cəriməsi var - VİDEO
Eyni vaxtda bir neçə qaydanı pozan sürücü aləmi bir-birinə qatdı - VİDEO
Piyadanın üstünə maşın sürən sürücü SAXLANILDI - VİDEO
Bakıda sürücü rus nömrəli maşınla qaydaları poza-poza getdi - VİDEO
Taksi duracağını zəbt edib işıqforadək sıra yaratdılar - ŞİKAYƏT - VİDEO
Biləcəridə “Hyundai” sürücüsü piyadaların həyatını riskə atdı - VİDEO











