Yük maşınları ilə toy karvanı - VİDEO

Tovuz və Lənkəranda toylarını qeyri-adi və yaddaqalan etmək istəyən gənclər maraqlı üsula əl atıblar. Onlardan biri "Kamaz"lardan, digəri isə "Zil"lərdən ibarət toy karvanı təşkil edib. Toy karvanında gəlin maşınını "Kamaz"lar müşayiət edib. Maraqlı görüntülər Tovuzda qeydə alınıb. "Kamaz" sürücüsü olan Ayaz Məmmədov xanımını ata evindən şadlıq evinə "Kamaz"la gətirib. Onu yol boyu sürücü dostları da "Kamaz"la müşayiət ediblər. Kameramıza danışmaq istəməyən gəlin də "Kamaz"la gətirilməsini müsbət qarşıladığını bildirib. Gəlin maşınının və onu müşayiət edənlərin "Kamaz"lardan ibarət olması bəyin atasının əhdi olub. Lənkəranda isə toyu qeyri-adi etmək üçün ZİL markalı yük avtomobillərindən istifadə olunub. Rayonun Girdəni kənd sakini Mahir Əskərovun toyu kənd sakinləri üçün də sürpriz olub. Həm özü, həm də atası uzun illər "ZİL" markalı yük maşını idarə etdiyi üçün bəy öz xoş günündə məhz bu qeyri-adı toy karvanını təşkil edib. Rayon mərkəzində qeyri-adi toy karvanını görənlər isə bu maraqlı anı mobil telefonları ilə çəkiblər. Xüsusi bəzədilmiş "ZİL" markalı yük maşınları rayonun küçələrini gəzdikdən sonra şadlıq sarayına üz tutub.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












