200 min km yürüşü olan avtomobillərdə ən çox rastlanan NAZASIZLIQLAR

"Avtodom Altufyevo" şirkətinin rəsmisi Roman Timaşov bildirib ki, avtomobillər 200 min kilometr yürüşə çatdıqda mühərrik, transmissiya və elektrik sistemində müxtəlif problemlər yaranır.
Avtosfer.az xəbər verir ki, onun sözlərinə görə, bu yürüşdə mühərrikdə porşen halqaları və klapan örtükləri köhnəlir, zəncirli mühərriklərdə zəncir və dartıcıların dəyişdirilməsi tələb olunur. Su nasosu, termostat və radiatorların sıradan çıxması istisna deyil.
Robot ötürmələr və variatorlar 200 min km-də ciddi təmirə ehtiyac duyur. Klassik avtomat sürətlər qutusu isə daha dayanıqlı olsa da, müəyyən hissələrin yenilənməsi lazım ola bilər. Tam ötürücülü avtomobillərdə paylayıcı qutu və kardan valında nasazlıqlar ortaya çıxa bilər.
Bu yürüşdə asqı sistemi də adətən bir neçə dəfə təmir olunur: əyləc diskləri və yastiqciqlarının 2–3 dəfə dəyişdirilməsi, amortizatorların yenilənməsi tələb edilir.
Timaşov əlavə edib ki, 200 min km yürüşə çatmış maşınlarda elektrik problemləri də çox olur. Çox vaxt sensorlar, starter, generator sıradan çıxır, naqillərdə oksidləşmə və kontakt problemləri yaranır./baku.ws
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












