30 ailə yığışıb 1 avtomobil aldı – ETİBARNAMƏSİZ - FOTO

Belə bir qəribə Fransanın Drom departamentində baş verib.
Avtosfer.az xəbər verir ki, 600 nəfərin yaşadığı kəndin sakinləri müntəzəm ictimai nəqliyyatın yoxluğundan əziyyət çəkirlər. Buna görə də 30 ailə yığışaraq 1 ədəd köhnə “Citroen” alıb. Kəndlilər avtomobilin istismar xərcinə də ortaq olaraq onu gündəlik ehtiyacları üçün istifadə edirlər.
Xəbər Fransada ciddi marağa səbəb olub. Bəzi siyasi qüvvələr faktdan kənd yerlərində ictimai nəqliyyatın yoxluğuna diqqət yönəltmək üçün istifadə edirlər.
Lakin bir azərbaycanlı oxucunu təhtəlşüur surətdə belə bir sual maraqlandırır: 30 nəfər arasında kim kimə etibarnamə verib? Cavab bəllidir: heç bir etibarnamə yoxdur.
Avtomobil sığorta tarixçəsi təmiz olan şəxsin adına sənədləşdirilib. Sığorta sənədində isə avtomobili idarə etməsinə icazə verilən şəxslərin adları göstərilib, vəssalam.
Etibarnamə sistemi SSRİ-dən qalmış atavizmdir. Avropa ölkələrində “etibarnamə ilə maşın satmaq” anlayışı yoxdur.
Vüqar Yaşaroğlu

Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












