3D printerlər antik avtomobillərin detal problemini həll edir - VİDEO

Dünyada avtomobil ehtiyat hissələrinin təchizatı getdikcə daha ciddi problemə çevrilir.
Avtosfer.az xəbər verir ki, koronavirus pandemiyası zamanı ciddi şəkildə üzə çıxan problem Ukraynha münaqişəsi ilə daha da dərinləşdi. Yaxın Şərqdəki hazırkli gərginliyin avtomobil səınayesi üçün fəsadları isə Polişinelin sirridir. Lakin, çıxış yolu var.
Aftersalestechniek.nl saytının xəbərinə görə, ixtisaslaşmış avtomobil təmirçiləri indi 3D printerlərin xidmətindən istifadə edirlər. Bu qurğular tapılmayan detalları belə demək mümkünsə, çap etməyə imkan verir.
Detal istehsalçıları çox halda hansısa kiçik komponenti deyil, bütöv qovşağı təklif edir ki, bu da baha başa gəlir. Hansısa xırda detala görə bütöv qovşağı dəyişmək də vaxt apardığı üçün nasaz detalı 3D printerdə hazırlamaq daha əlverişlidir. Bununla vaxta da qənaət etmək mümkündür.
Bu printerlər antik avtomobil təmirçilərinin işinə daha çox yarayır. İstehsalı 50-60 il əvvəl dayandırılmış detalları axtarmaqdansa, çap etmək daha sərfəlidir.
Avtomobil təmiri üçün istifadə edilən 3D printerin ucuz versiyası 1000 dollara, peşəkar variantları isə 5000 dollara təklif edilir.
Vüqar Yaşaroğlu
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












