5000 at güclü superkar - FOTO

Bolqarıstanın “Alieno” şirkəti yeni layihəsi haqqında məlumat verib. Avtosfer.az “ölkə.az”a istinadən xəbər verir ki, “Arcanum” hiperkarı dünya avtomobil bazarında sensasiyaya səbəb olacaq. Bildirilir ki, yeni hiperkar 500 km/saat sürətlə hərəkət edəcək. Uzunluğu 5240 mm olan “Arcanum” karbon lifindən hazırlanıb və çəkisi yarım tondan bir az çoxdur. Elektrik mühərriki ilə təchiz edilən avtomobildə bu mühərriklərin sayı 24 olacaq. Aqreqat 5221 at gücü hasil edir. Bu isə dünyada ən güclü maşın deməkdir. Digər texniki göstəricilər barədə məlumat verilmir. Amma qeyd edilir ki, hiperkar üç rejimdə-küçə, trek və yarış rejimlərində işləyir. Əyləc sistemində də üç sistem nəzərdə tutulub. Qeyd edilir ki, hiperkar sifarişlə yığılacaq və qiyməti minimum 1.5 milyon avro olacaq. Sifarişin hazırlanması üçün isə 18-30 ay vaxt lazımdır.







Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












