7+1 və 8+1 yerlik maşınlarla sərnişin daşıyanlara vacib xəbər - Şikayətlər var

"Regionlarda istismar edilən taksi minik avtomobillərinin qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab vermədiyinə dair vətəndaşlardan daxil olan sorğulara əsasən taksi daşımalarının sosial əhəmiyyətini nəzərə alaraq bu sahədə Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən yumşaq tənzimləmə və stimullaşdırma tədbirlərinin görülməsi nəzərdə tutulub. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Avtosfer.az-a bildirib ki, hazırda əsasən oturacaq yerləri 8+1 və ondan az olan minik avtomobilləri ilə həm ölkədaxili, həm də beynəlxalq istiqamətlər üzrə sifarişli sərnişin daşımaları da geniş vüsət alıb. "Bu tip avtomobillər nə avtobuslarla sərnişin daşınmasına, nə də taksi minik avtomobilləri ilə sərnişin daşınmasına aid edilmədiyindən, belə daşımalarda sərnişinlərin təhlükəsizliyinin və qanuni maraqlarının qorunması narahatçılıq doğuran vacib məqamlardan biridir. Bu problemin həlli məqsədilə təkliflər hazırlanıb, eyni zamanda belə daşımalar həyata keçirilən tərəfdaş dövlətlərin aidiyyəti qurumları ilə məsləhətləşmələr aparılıb. Sifarişli daşımalarla bağlı oxşar problemlər digər dövlətlərdə də mövcuddur", - deyə məlumatda vurğulanıb.
Xidmətdən bildirilib ki, artıq Bakı şəhərinin simvollarından birinə çevrilən “London” taksiləri ilə göstərilən sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılması üçün də işlərin görülməsi nəzərdə tutulub. "Çağrı" sisteminin təkmilləşdirilməsi məqsədilə müvafiq proqram təminatı hazırlanır və tezliklə müştərilərin istifadəsinə təqdim olunacaq.
Eyni zamanda, taksi sürücülərinin davranışlarında rast gəlinən bəzi xoşagəlməz halların tam aradan qaldırılması məqsədilə kompleks tədbirlər görüləcək. Bu tədbirlərə sürücülərin reytinqinin aparılması, reytinqi yüksək olan sürücülərə qarşı həvəsləndirmə tədbirlərinin görülməsi, müştəri məmnuniyyətinin qiymətləndirilməsi, sürücülərin fəaliyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi və s. daxil olacaq. "Vətəndaşlarımıza və ölkəmizə gələn qonaqlara göstərilən taksi xidmətinin keyfiyyətinin artırılması məqsədilə Heydər Əliyev Beynəlxalq Hava Limanında taksi xidməti stendi təşkil edilib, xüsusi ayrılmış duracaqda taksi minik avtomobillərinin nizamlı dayanması və növbəli şəkildə müştərilərin xidmətinə verilməsi təmin edilib", - deyə məlumatda vurğulanıb.
Fərid
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur













