ABŞ-də nadir "Lamborghini" hərraca çıxarılır - FOTO

ABŞ-də keçiriləcək hərracda 1972-ci il istehsalı olan xüsusi "Lamborghini Miura" superkarı satışa çıxarılacaq.
Avtosfer.az "Mecum Auctions" hərrac evinin rəsmi saytına istinadən xəbər verir ki, nadir avtomobil üçün 4-5 milyon dollar əldə olunacağı gözlənilir.
Sözügedən avtomobil texniki göstəricilərinə və vəziyyətinə görə əsl "zaman kapsulu" hesab olunur. 54 il əvvəl istehsal edilməsinə baxmayaraq, ortamühərrikli bu kupe cəmi 1 516 km yol qət edib. Demək olar ki, istifadə olunmayan superkar yaxşı qorunub saxlanılsa da, İtaliyada tam bərpa edilərək ideal vəziyyətə gətirilib.
Hərraca çıxarılan bu "Lamborghini Miura SV" versiyası olduqca unikaldır. O, məhdud sayda - cəmi 150 ədəd istehsal edilən SV seriyasına aiddir. Avtomobil xüsusi mavi-sarı rəng kombinasiyasında təqdim edilən yeganə nümunədir. Salonu ağ dəri ilə işlənən superkar kondisioner və elektrik şüşəqaldıranlarla təchiz olunub.
"Miura SV" modelin son və ən təkmilləşdirilmiş versiyasıdır. Avtomobil yaxşılaşdırılmış aerodinamikaya və 385 at gücünə malik 4.0 litrlik V12 mühərriklə təchiz edilib. Beşpilləli mexaniki sürət qutusu ilə təchiz olunan bu superkar 0-dan 100 km/saat sürəti cəmi 5.5 saniyəyə yığır. Maksimal sürəti 290 km/saat olan bu model öz dövründə dünyanın ən sürətli seriyalı avtomobili hesab olunurdu.
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












