Ağac altında park edilən avtomobillər üçün daha bir təhlükə - FOTO

Yayda bir çox sürücü avtomobilin “kölgələnməsi” üçün yer axtarır ki, salon qızmasın, boya solmasın. Buna görə də, sürücülər maşını imkan daxilində ağac kölgəsindəs axlamağa çalışırlar. Xüsusən də rayonlarda. Lakin, bunun pis tərəfi də var.
Avtosfer.az xəbər verir ki, söhbət təkcə hansısa budağın qırılıb sığorta hadisəsi yaratmasından getmir. Əsas məsələ quşlarla bağlıdır. Quşlar avtomobilin üzərini çirkləndirdikdə isə tam başqa proses baş verir.
Kimyəvi tərkibinə görə quş zılı çox aqressiv maddədir. Onun tərkibində güclü üzvi turşu və abraziv materiallar mövcuddur. İsti havada kapotun üstünə düşən zıl sürətlə reaksiyaya girərək boyanı dağıdır.
Lakin, daha böyük xətanı avtomobil sahibləri bilmədən edirlər. Onlar avtomobilin üzərindəki quş zılını quru əski ilə təmizlədikdə kimyəvi dağılma ilə yanaşı, abraziv materiallar da boyanı cızır. Bununla da boyanın dağılması sürətlənir. Bəs düzgün çıxış yolu hansıdır?
Ən səmərəli üsul quş zılının üzərinə nəm əski qoyaraq yumşalmasını gözləmək, sonra isə ehtiyatla təmizləməkdir. Daha tez nəticə almaq üçün qazlı sudan istifadə etmək olar.
Bütün hallarda maşını yayda vaxtaşırı yumaq lazımdır ki, toz avtomobilin boya örtüyünü korlamasın.
Vüqar Yaşaroğlu

"Tesla"nın sükan və pedalsız taksiləri ABŞ hökumətinin diqqətində
Maykl Ceksonun anasının lüks avtomobili hərraca çıxarıldı - FOTOLAR
Bu iki qaydaya əməl etməyən sürücülər qəza şəraiti yaradır – XƏBƏRDARLIQ
Rusiyada yapon avtomobili sevgisi və uğursuz rəsmi təbliğat
Təhlükəsizlik kəmərinin əleyhdarları ürəkli oğlanlardımı?
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək










