Aİ-92" ilə "Aİ-95"i qarışdırmaq olar?

“Aİ-92” və “Aİ-95” markalı benzinlərin qarışdırılıb-qarışdırılmaması sürücülər arasında tez-tez müzakirə olunan mövzulardan biridir. Avtomobil ustaları bildirir ki, fərqli oktan dərəcəli yanacaqları qarışdırmaq texniki baxımdan mümkündür, lakin bunu vərdişə çevirmək tövsiyə edilmir.
Avtosfer.az bildirir ki, hər bir avtomobil mühərriki zavod tərəfindən müəyyən oktanlı yanacaq üçün nəzərdə tutulur. Məsələn, avtomobilin texniki kitabçasında yalnız Aİ-95 benzinin istifadə edilməsi göstərilibsə, onu Aİ-92 ilə qarışdırmaq mühərrikin işinə mənfi təsir göstərə bilər.
Ekspertlərin sözlərinə görə, belə hallarda mühərrik işləməyə davam etsə də, yanacağın keyfiyyəti dəyişir. Bu isə mühərrikin gücünün azalmasına və detonasiyaya – yəni silindrlər daxilində kiçik partlayışların yaranmasına səbəb ola bilər. Uzun müddətdə bu proses mühərrikin bəzi detallarının zədələnməsi riskini artırır.
Bununla belə, köhnə model avtomobillərdə daha yüksək oktanlı benzin istifadə etmək ciddi problem yaratmır. Sadəcə bu, sürücü üçün əlavə xərc deməkdir.
Fövqəladə hallarda, məsələn, yolda qaldıqda və başqa seçim olmadıqda Aİ-92 və Aİ-95 benzini qarışdırmaq mümkündür və bu, dərhal nasazlıq yaratmır. Lakin mühərrikin uzunömürlü olması üçün istehsalçının tövsiyə etdiyi yanacaq növündən istifadə etmək daha təhlükəsiz sayılır.
Qeyd olunur ki, fərqli benzin növlərini mütəmadi qarışdırmaq yanacaq sisteminin təmizliyinə mənfi təsir göstərə və gələcəkdə bahalı təmir xərclərinə səbəb ola bilər. Buna görə sürücülərə daim eyni yanacaq növündən istifadə etmək və etibarlı yanacaqdoldurma məntəqələrini seçmək tövsiyə edilir.\\Sfera.az
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












