Almaniya iqtisadiyyatında tənəzzül - Sənaye sektorunda kütləvi ixtisarlar

Ötən il Almaniyanın sənaye müəssisələri 124 min əməkdaşı işdən azad edib. Avtosfer.az Oxu.az-a istinadən məlumat verir ki, bu rəqəm ümumi işçi heyətinin 2.3%-nə bərabərdir. 2025-ci ildə ixtisarların miqyası 2024-cü illə müqayisədə təxminən iki dəfə artıb. Ən çox işdən çıxarma halları avtomobil sənayesində qeydə alınıb. Bu sahədə il ərzində təxminən 50 min işçi vəzifəsini itirib.
EY eksperti Yan Brorhilker araşdırmanın nəticələrini belə şərh edib:
"Almaniya sənayesi dərin böhran içindədir. İşçi qüvvəsinin ixtisarının qarşısını almaq üçün real və hiss olunacaq iqtisadi sıçrayışa ehtiyac var".
Hesablamalara görə, 2019-cu ildən bəri Almaniyanın sənaye sektorunda çalışanların sayı 266 min nəfər və ya 5% azalıb. Ən çox ixtisar avtomobil istehsalı sektorunda müşahidə olunub. Ötən ilin sonuna olan məlumata görə, bu sahədə altı il əvvəlkinə nisbətən 13% daha az işçi çalışıb. Tekstil və metallurgiya sənayesi də oxşar miqyaslı ixtisarlarla üzləşib. Ekspertlər hesab edirlər ki, sənaye şirkətləri sifarişlərin aşağı səviyyədə olması və qlobal bazardakı yüksək rəqabət səbəbindən ştatları ixtisar etməyə davam edəcəklər. Tədqiqat müəlliflərinin fikrincə, hiss olunacaq müsbət dəyişikliklər yalnız 2027-ci ildə, müdafiə və infrastruktura ayrılan dövlət xərclərinin artırılması öz təsirini göstərdikdə baş verə bilər.
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












