Almaniyada elektromobil sahiblərini məyus edən avtobanlar - FOTO

Almaniyada elektromobil satışları ciddi şəkildə azalıb.
Avtosfer.az xəbər verir ki, ötən il Berlin məhkəməsi elektromobil alanlara subsidiya verilməsinin əleyhinə qərar çıxarıb. Bundan sonra ölkədə elektrik mühərrikli maşınılara maraq ciddi şəkildə azalıb.
Almaniyanın ən böyük sığorta qrupu olan “HUK-Coburg”un araşdırması maraqlı faktları üzə çıxarıb. Məlum olub ki, 2024-cü ildə daxiliyanma mühərrikli avtomobil sahiblərinin cəmi 3,6%-i yeni maşın alarkən elektromobil seçib. Bu da illik əsasda 40%; geriləmə deməkdir. Araşdırma müəlliflərinin qənaətinə görə, dotasiya olmadan elektromobil satışı irəliləyə bilməz.
Son rəy sorğusu göstərir ki, almanların 47 faizi elektromobili “pis” və ya “çox pis” hesab edir. Əgər 2023-cü ildə elektromobil sahiblərinin 90 faizi maşınlarını yeniləykən yenidən elektrik dartılı texnika almışdısa, bu il göstərici 66 faizə enib. Dizel mühərrikli avtomobillərin sahibləri isə ümumiyyətlə elektrikə keçmək istəmirlər.
“HUK-Coburg”un analitiklərinin qənaətinə görə, bu gedişlə Almaniya hökumətinin 2030-cu ilədək 15 milyon elektromobil hədəfinə nail olmaq planı real görünmür.
Elektromobil sahiblərinin ümumi narazılığı əsasən digər ölkələrdəki kimidir: gediş ehtiyatının azlığı və doldurma vaxtının uzunluğu. Lakin araşdırma bir spesifik məqamı, almanlarda məyusluq yaradan halı da ortaya çıxarıb. Elektromobillərin batareyalaraının tutumu limitsiz avtobanlarda maksimal sürətlə uzun müddət getməyə imkan vermir. Sadə dildə desək, hətta ucuz elektromobil belə, çevikliyinə görə benzin mühərrikli son model “Mercedes”, “Audi” və ya “Porsche”ni geridə qoya bilir. Lakin 150 km/saatdan yuxarı sürətdə batareyalar bir neçə dəqiqəyə tükəndiyi üçün bu sürətlə böyük məsafə qət etmək mümkün deyil. Avtobanda sürət yarışına çıxmaq istəyənlər elə ilk gündəcə düzgün seçim etmədiklərini başa düşürlər.
Vüqar
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi













