"Audi RS6"nı belə görməmisiniz

Məlumdur ki, Audi A6 ailəsinin ən "bərkgedən" nümayəndəsi olan RS6 modeli son illərdə yalnız universal kuzovu ilə təklif edilirdi. Lakin, deyəsən inqolştadtlılar daşları ətəklərindən tökərək sedan kuzovlu RS6 modelini buraxmaq niyyətindədir. Bu xəbəri eşidən fotoşop ustaları dərhal yeni sedana olan baxışlarını açıqlayıblar. Onlardan biri də Tobias Byultnerdir.
“Autobild” dərgisi, şirkət daxilindəki mənbələrinə istinadən, “bərkgedən” Audi RS6 Avant modelinin yeni nəslinin gələn il debüt edəcəyini bildirib. Adətən “qaynar” model uinversal kuzovu ilə təklif edilir. Lakin, ABŞ və Çin kimi vacib bazarlarda universal kuzovlu avtomobillərin o qədər də populyar olmaması, növbəti nəsil Audi RS6 modelinin sedan kuzov ilə buraxılması ehtimalını artırır. Çox güman ki, yeni nəsil Audi RS6 Avant 4,0-litrlik iki turbokompressorlu V8 mühərriki ilə təchiz ediləcəkdir. Hazırda bu mühərrik 605 at qüvvəsinə və 700 Nm-ə malikdir. Yeni Audi RS6 modeli üçün bu mühərrikin gücünün 650 at qüvvəsinə, fırlanma anını isə 800 Nm artıralacağı gözlənilir. Audi RS: Performance modifikasiyasının isə 705 at qüvvəsinə və 880 Nm malik olacağı gözlənilir.
Bir müddət bundan öncə, Audi markasının baş dizayneri Mark Lixte Audi RS7 Sportback modelinin iki variantda təklif ediləcəyini bildirmişdir. Çox güman ki, “qaynar” Audi RS7 Sportback liftbeki 4,0-litrlik V8 mühərrikinin əsasında yaradılmış hibrid güc qurğusuna malik olacaqdır. Audi RS6 modelinin RS7 Sportback ilə ümumi xüsusiyyətlərə malik olmasını nəzərə alaraq, "qaynar" universalın da belə qurğuya sahib olacağı istisna edilmir. (autograph)

Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












