Avropa istehsalı olan dövlət maşınları satışa çıxarıldı – QİYMƏTLƏR

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mayın 1-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək. Komitədən Avtosfer.az-a bildirilib ki, budəfəki hərraca 199 dövlət əmlakı çıxarılıb.
Bunlardan 24-ü səhmdar cəmiyyətləri, 93-ü kiçik dövlət müəssisəsi, 73-ü qeyri-yaşayış sahəsi, doqquzu isə nəqliyyat vasitəsidir.
Qeyd edək ki, hərraca çıxarılan nəqliyyat vasitələrinin markaları müxtəlifdir.
Həmin avtomobillərin ilkin start qiyməti 5 min manatdan 21 min 500 manat arasında dəyişir. Avtomobillərin əksəriyyəti Avropa istehsalı olan maşınlardır. Buraxılış tarixləri isə 1994-2010-cu illəri əhatə edir.
Buraxılış ili 2006-cı il olan “BMW 730” avtomobilin start qiyməti 21 500 manat, “Chevrolet Epica” (2008) 8000 manat, “Chevrolet Epica” (2010) 9500 manat, “QAZ-31105” (2006) 1600 manat, “BMW-320” (2007) 5200 manat, “BMW-320” (2006) 5000 manat, “Ford Tranzit” (2008) 9000 manat, “KAMAZ 55102” (1994) 5250 manat təşkil edib.
Avtomobillər üçün 10 faiz beh tələb edilir.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












