Avropada nəqliyyat sistemi sərtləşdirilir: Kilometraja müdaxilə edilməyəcək

Avropa Komissiyası uzun illərdir müzakirə edilən məsələdə qərar verib.
Avtosfer.az xəbər verir ki, qərara əsasən hər bir üzv ölkə kilometrajla bağlı saxtakarlıqların qarşısını almaq üçün tədbir görməlidir. Bunna görə də, hər bir servis xidmət göstərdiyi avtomobilin qət etdiyi məsafəni qeyd edərək dövlət qurumuna göndərməlidir. Bu məlumatlar xüsusi bazada saxlanmalı və avtomobil satılarkən yoxlanmalıdır.
Avtomobil xaricə satıldıqda isə müvafiq məlumat konfidensial şəkildə xarici ölkənin dövlət qurumlarına ötürülməlidir.
İnternetə qoşulmuş avtomobillərin isə kilometraj göstəriciləri ildə 4 dəfədən gec olmayaraq bazaya ötürülməlidir.
Hələlik avtomobillərin qət etdiyi məsafə barədə məlumatları yalnız 2 Avropa ölkəsi (Belçika və Niderland) 2006-cı ildən etibarən müntəzəm şəkildə toplayır. Hər iki ölkə artıq bu məsələdə ciddi irəliləyiş əldə edib. Müqayisə üçün deyək ki, Belçikada 2024-cü ildə satılmış ikinci əl avtomobillərin yalnız 0,1%-də kilometraj geri çəkilib.
Sistem tam tətbiq edildikdə Avropadan kənarda olan alıcıların da avtomobilin real gediş məsaafəsini öyrənmək imkanı yaranacaq.
Yeni məlumat bazasının hazırlanması bir neçə ay çəkəcək.
Vüqar Yaşaroğlu
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












