Avropalı ekspert: çinli istehsalçılar yaponların yolu ilə gedirlər

Çinin avtomobil istehsalçıları yaponların 70-80-ci illərdə etdiyi strateji gedişləri təkrarlayırlar.
Avtosfer.az xəbər verir ki, bu qənaətə fransız avtomobil eksperti Jak Luis gəlib. Ekspert bildirir ki, 70-ci illərdə yapon avtomobilləri qlobal miqyasda çox da ciddi maraq doğurmurdu. Lakin bazarın öyrənilməsi, ağıllı qiymət siyasəti və keyfiyyət sayəsində 80-ci illərin ortalarından yaponlar bazarda lider ola bildilər.
Avtomobil mütəxəssisi qeyd edir ki, 70-ci illərin sonunda yaponlar ABŞ bazarına girərkən yerli istehsalçılar onlara rişxənd edidilər (“Toyota”ya rişxəndlə deyilmiş “toy auto”, yəni oyuncaq avtomobil məsələsini çoxları xatırlayır – müəl.). Lakin 80-ci illərin əvvəllərində kompakt və qənaətcil yapon avtomobilləri ağır, yanacağı sözün həqiqi mənasında içən Amerika avtomobillərini sıxışdıranda artıq gec idi. “Toyota” başladığı “hücumu” sonradan “Nissan”, “Honda”, “Mazda” və “Subaru” davam etdirdi. Hər bir marka bütövlükdə Amerika bazarına öz yeniliyini gətirdi. İndi isə onları bazardan çıxarmağı heç kim düşünmür və bu ümumiyyətlə mümkün də deyil.
Jak Luis vurğulayır ki, hazırda Çinin avtomobil sənayesi konsolidasiya dövrünü yaşayır. Əksər markalar sıradan çıxacaq, bir neçə brend bazarda möhkəmlənəcək. Bazarda qala bilmək üçün keyfiyyətin artırılması mütlədir.
Vüqar Yaşaroğlu
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












