Avropanın ən təhlükəsiz avtomobilləri açıqlandı

"EuroNCAP" 2024-cü il üçün avtomobillərin müxtəlif siniflər üzrə ən təhlükəsiz modellərini açıqlayıb.
Avtosfer.az auto.ru-ya istinadən xəbər verir ki, reytinqdəki əksər avtomobillər Avropa modelləri olsa da, Yapon və Çin istehsalı olan krossoverlər də daxil edilib. Bunlardan "Mazda CX-80" və "Zeekr X" xüsusilə diqqət çəkib. "Zeekr X" eyni anda iki kateqoriyada - ən təhlükəsiz kompakt krossover və elektromobil olaraq qiymətləndirilib. Göstəricilərinə görə, o elektrikli "Porsche Macan", "Volvo EX30" və "Toyota C-HR"i geridə qoyub.
Çinin beşqapılı krossoveri olan "Zeekr X" böyüklər və azyaşlı sərnişinləri 91% və 90% qoruyur. Elektron sistemlərinin işi 83%, piyadalara qayğı isə 84% səviyyəsində qiymətləndirilib.
Avropa bazarı üçün xüsusi olaraq hazırlanmış "Mazda CX-80" isə ən təhlükəsiz iri yolsuzluq avtomobili seçilib. Böyük ailə avtomobilləri arasında isə "Mercedes-Benz E-Class" lider olub.
(oxu.az)
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












