Avtomatik idarəetməli avtomobil: sürücü seriala baxa bilərmi?

İsveçrədə martın 1-dən etibarən avtomobillərdə 3-cü nəsil avtomatik idarəetmə sistemlərindən istifadəyə icazə veriləcək.
Avtosfer.az xəbər verir ki, bu rəsmi məlumat isveçrəlilər arasında yanlış təsəvvürün yaranmasına səbəb olub. Belə ki, bəzi sosial şəbəkə istifadəçiləri sükandan əllərini çəkə biləcəklərini, yol boyu seriala baxa və ya telefonla oynaya biləcəklərini iddia ediblər. Əlbəttə ki, bu iddialar hamısı rədd edilib.
Əvvəla, 3-cü nəsil avtomatik idarəetməyə yalnız magistrallarda icazə veriləcək. Bu zaman sürücü əlini sükandan çəkə bilər. Lakin arxayınlaşmaq olmaz.
Normativlərə görə sürücü hər an avtomobilə nəzarəti ələ ala biləcək qədər sayıq olmalı, ətrafda baş verənləri diqqətdə saxlamalıdır. Özünü ətraf aləmdən təcridetmə yolverilməzdir. O ki qaldı seriala baxmağa, telefonla qurdalanmağa, ya da mürgüləməyə, bunların hamısı qadağandır.
Ən əsası, artıq bu cür idarəetmə sürücülük hazırlığı proqramına daxil edilib.
Vüqar Yaşaroğlu
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












