Avtomatik sürətlər qutusundakı gizli mexanizm necə işləyir? – ARAŞDIRMA

Avtomatik transmissiyalı avtomobillərdə bir çox sürücünün diqqət etmədiyi kiçik detal əslində vacib təhlükəsizlik mexanizmlərindən biridir. Mütəxəssislər bildirirlər ki, sürət qutusu konsolunda yerləşən kiçik yuva və ya gizli düymə “Shift Lock Release” adlı mexanizmdir və fövqəladə hallarda sürət qutusunun əl ilə idarə olunmasına imkan verir.
Avtosfer.az xəbər verir ki, avtomatik transmissiyalı nəqliyyat vasitələrində dişli qolunun təsadüfən “P” (“Parking”) rejimindən çıxmasının qarşısını almaq üçün xüsusi bloklama sistemi quraşdırılıb. Normal şəraitdə sürət qutusunun dəyişdirilməsi üçün alışdırmanın aktiv olması və əyləc pedalına basılması tələb olunur.
Lakin bəzi hallarda, xüsusilə akkumulyator boşaldıqda, elektrik sistemində nasazlıq yarandıqda və ya əyləc sensoru işləmədikdə bu sistem sürət qutusunun dəyişdirilməsinə imkan vermir. Belə vəziyyətlərdə “Shift Lock Release” mexanizmi vasitəsilə sürət qutusu əl ilə “N” (“Neytral”) vəziyyətinə keçirilə bilir.
Mütəxəssislərin sözlərinə görə, bu mexanizm daha çox avtomobil işə düşmədikdə, sürət qutusu kilidləndikdə, nəqliyyat vasitəsini evakuatora yükləmək lazım gəldikdə və ya elektron idarəetmə sistemində nasazlıq yarandıqda istifadə olunur.
Qeyd edilir ki, sistem müxtəlif avtomobil markalarında fərqli görünüşə malik olsa da, işləmə prinsipi demək olar ki, eynidir. Bunun üçün sürücülər əvvəlcə sürət qutusunun yanında yerləşən kiçik plastik qapağı çıxarmalıdır. Daha sonra həmin hissədə yerləşən dəliyə açar, nazik tornavida və ya oxşar əşya daxil edilərək aşağı istiqamətdə basılır. Eyni anda sürət qutusu “P” rejimindən “N” rejiminə keçirilir və avtomobilin hərəkət etdirilməsi mümkün olur.
Ekspertlər bildirirlər ki, avtomobil istehsalçıları bu mexanizmi xüsusi plastik örtüklərlə gizlədirlər. Məqsəd sürücülük zamanı təsadüfi müdaxilələrin qarşısını almaq, parklanma təhlükəsizliyini qorumaq və avtomobilin nəzarətsiz hərəkəti nəticəsində yarana biləcək qəza risklərini minimuma endirməkdir.
Eltac Zülfüqaroğlu
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu












