Avtomobil alarkən bu 3 yeri yoxlamaq lazımdır

Avtomobil alarkən sonradan problemlə üzləşməmək üçün bir sıra vacib məqamlara diqqət yetirilməlidir.
Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, mütəxəssislər xüsusilə üç əsas sahənin mütləq yoxlanmasını tövsiyə edirlər.
İlk növbədə avtomobilin kuzovu diqqətlə nəzərdən keçirilməlidir. Çəpər, qapılar və kapot hissəsində rəng fərqi, dalğa izləri və ya aralıqların fərqli olması maşının vurulub sonradan yığıldığını göstərə bilər. Bu cür qüsurları daha dəqiq aşkar etmək üçün yoxlamanın gün işığında aparılması məqsədəuyğundur.
İkinci vacib məqam mühərrik və avtomobilin alt hissəsidir. Yağ sızması, paslanma əlamətləri və yad səslər gələcəkdə ciddi texniki nasazlıqlara və böyük maliyyə xərclərinə səbəb ola bilər.
Üçüncü olaraq sənədlərlə avtomobilin üzərindəki VIN nömrəsinin uyğunluğu mütləq yoxlanmalıdır. Eyni zamanda salonun həddindən artıq köhnə olması, lakin kilometr göstəricisinin az görünməsi kilometrajın geri çəkildiyinə işarə edə bilər.
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












