Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin

İkinci əl avtomobil alarkən yalnız avtomobilin xarici görünüşünə və mühərrikin işlək vəziyyətinə diqqət yetirmək kifayət deyil. Avtomobilin elektron sistemlərinin kompüter diaqnostikasından keçirilməsi də vacibdir. Çünki bəzi nasazlıqlar ilkin baxış zamanı hiss olunmasa da, xüsusi cihazlar vasitəsilə müəyyən edilə bilər. Hətta avtomobilin sistemində hər hansı xəta kodu qeydə alınmadıqda belə, canlı göstəricilərin təhlili gizli problemlərin aşkarlanmasına kömək edə bilər.
Bəs kompüter diaqnostikası avtomobilin bütün nasazlıqlarını üzə çıxarmağa imkan verirmi? İkinci əl avtomobil alarkən hansı sistemlər mütləq yoxlanılmalıdır?
Avtosfer.az-ın məlumatına görə, Hafta.az-a açıqlamasında avtomobil mütəxəssisi Ramil Əliyev bildirib ki, diaqnostikanın nəticəsi avtomobilin modelindən, istehsal ilindən, istifadə olunan cihazların imkanlarından və yoxlamanı aparan şəxsin peşəkarlığından asılıdır.
Onun sözlərinə görə, bəzi avtomobillərdə xüsusi diaqnostika cihazları vasitəsilə müəyyən göstəriciləri oxumaq və problemləri aşkar etmək mümkün olsa da, bütün nasazlıqları dəqiq müəyyənləşdirmək hər zaman mümkün olmur:
“Nasazlıq kodunun çıxmaması hələ avtomobildə hər şeyin qaydasında olması demək deyil. Sistemdə xəta kodu görünməsə belə, faktiki olaraq nasazlıq mövcud ola bilər. Buna görə də yalnız xəta kodlarına deyil, canlı göstəricilərə və bütün parametrlərə diqqətlə baxılmalıdır. Diaqnostika hərtərəfli aparılmalıdır. Burada avtomobilin xüsusiyyətləri və yoxlamanı həyata keçirən mütəxəssisin peşəkarlığı da mühüm rol oynayır”.
Mütəxəssis qeyd edib ki, ikinci əl avtomobil alarkən yalnız mühərrik və sürətlər qutusunun deyil, bütün elektron sistemlərin yoxlanılması vacibdir. Onun sözlərinə görə, avtomobilin istehsal ili nə qədər yenidirsə, kompüter diaqnostikası vasitəsilə yoxlanıla bilən sistemlərin imkanları da bir o qədər geniş olur.
“Avtomobilin səs sistemindən, antenalarından, qapılarından və təkər sensorlarından tutmuş əsas idarəetmə sistemlərinə, mühərrikə, sürətlər qutusuna və əyləc sisteminə qədər bütün elektron komponentlər yoxlanılmalıdır. Çünki avtomobilin müxtəlif hissələrində yaranan nasazlıqlar yalnız müvafiq sistemlərin yoxlanılması zamanı üzə çıxa bilər”, – deyə Ramil Əliyev vurğulayıb.
Beləliklə, ikinci əl avtomobil alarkən kompüter diaqnostikası alıcının diqqət yetirməli olduğu əsas yoxlamalardan biridir. Bununla belə, diaqnostikanın nəticələri avtomobilin texniki vəziyyətinin tam qiymətləndirilməsi üçün mexaniki baxışla birlikdə nəzərə alınmalıdır.
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA
Çin avtomobilləri dünyanı fəth edir: İxrac 67 faiz artıb
"Avtomobillərin 70 faizi istismara yararsızdır, texniki baxışa gedən insana deyirlər ki..." - VİDEO












