Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanda lizinq (icarə yolu ilə əmlak sahibi olma) bazarını tamamilə dəyişəcək yeni qanun layihəsi hazırlanıb.
Avtosfer.az saytı xəbər verir ki, Mərkəzi Bank lizinq xidmətlərini sadələşdirmək və bu sahədəki boşluqları aradan qaldırmaq üçün "Lizinq haqqında" yeni qanun layihəsini artıq dövlət qurumlarına təqdim edib. Bu addım ölkədə maliyyə imkanlarını artırmaq və biznesin işini asanlaşdırmaq məqsədi daşıyır.
İndiyə qədər lizinq sahəsində bəzi qaydalar dağınıq və qeyri-müəyyən idi, bu da həm şirkətlər, həm də müştərilər üçün çətinlik yaradırdı. Yeni qanunla lizinq şirkətlərinin fəaliyyəti daha ciddi tənzimlənəcək, şərtlər isə hər kəs üçün anlaşılan olacaq. Mərkəzi Bankın əsas hədəfi odur ki, insanlar və şirkətlər yalnız bank kreditlərindən asılı qalmasınlar, lizinq vasitəsilə də rahatlıqla avadanlıq, texnika və ya nəqliyyat vasitəsi əldə edə bilsinlər. Bu isə bazarda rəqabəti artıracaq, nəticədə faizlərin və şərtlərin daha sərfəli olmasına yol açacaq.
Yəni, avtomobil və ya işiniz üçün hər hansı texnika almaq istəyirsinizsə, tək seçiminiz bank krediti olmayacaq. Yeni qanun lizinq şirkətlərinin işini qanuni çərçivəyə saldığı üçün şərtlər daha etibarlı olacaq. Bu, həm də o deməkdir ki, gələcəkdə daha az sənədləşmə və daha uyğun ödəniş planları ilə istədiyiniz əmlaka sahib ola biləcəksiniz. Bir sözlə, cibinizə uyğun variantların sayı artacaq.
Qeyd edək ki, qanun layihəsi rəsmi qurumlar tərəfindən bəyənildikdən sonra qüvvəyə minəcək./demokrat.az
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












