Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Gələn il BAHALAŞA BİLƏR

"Hibrid maşınlarla bağlı tətbiq edilən güzəştlər, yeni maşınlara və ya ili yeni olan avtomobillərə aiddir. Bu avtomobillərlə bağlı vergi güzəştləri var. Burada məqsəd hibrid avtomobillərinin Azərbaycana gətirilməsini sürətləndirmək idi". Avtosfer.az xəbər verir ki, bu sözləri "Baku.ws"ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov bildirib.
Deputat əlavə edib ki, hər il Vergi Məcəlləsinə dəyişiklər edilir və dəyişiklərdə müəyyən güzəştlərin dairəsi genişləndirilir və ya yeni güzəştlər tətbiq olunur:
![]()
"Bu baxımdan gözlənilir ki, 2026-cı ildə Vergi Məcəlləsinə dəyişikliklər davam etdiriləcək. Təbii ki, ilin ikinci yarısı dəyişiklər tətbiq edilən zaman bu güzəşt müddətinin uzadılıb-uzadılmaması bəlli olacaq. Nəzərə almaq lazımdır ki, bu güzəştlər ili nisbətən köhnə olan avtomobillərin qiymətlərinə təsir göstərmir.
Əgər güzəştlər götürələrsə xərclərdə artımlar müşahidə edilə bilər. Əgər güzəştlər uzadılmazsa, ili yeni olan avtomobillərin qiymətlərinə təsir göstərəcək. Qiymət artımları avtomobilin qiymətindən asılı olaraq fərqli faizlə ifadə oluna bilər. Amma bu, Vergi Məcəlləsinin hansı dəyişiklərin edilməsindən asılı olacaq. Təbii ki, əgər güzəşt müddəti uzadılacaqsa, o zaman bu avtomobillərin ölkəyə idxalında və ya satış xərclərində hər hansı bir dəyişiklik baş verməyəcək".
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir
Sürət limiti olmayan yollar sürət həvəskarları üçün çəkilməyibmiş
Sovet Azərbaycanında avtoxuliqanlar - FOTO - VİDEO
"Mercedes-Benz"in üç seçilən modeli üçün xüsusi imkanlar - FOTO
Bu polis avtomobili həm də həkimlərin işinə yarayır
Azərbaycanda maşınların sayı 2 milyona yaxınlaşıb: Bakı yollarında böhran dərinləşə bilər
"Tesla"nın sükan və pedalsız taksiləri ABŞ hökumətinin diqqətində
Maykl Ceksonun anasının lüks avtomobili hərraca çıxarıldı - FOTOLAR
Bu iki qaydaya əməl etməyən sürücülər qəza şəraiti yaradır – XƏBƏRDARLIQ
Rusiyada yapon avtomobili sevgisi və uğursuz rəsmi təbliğat










