Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ – Ucuzlaşma ilə bağlı MÜHÜM AÇIQLAMA

“Azərbaycanın avtomobil bazarında idxal və vergi tənzimləmələri ilə bağlı narahatlıqlar var”.
Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri Şəmsi Rzalı danışıb. O, xüsusilə avtomobil idxalından sonra tətbiq edilən vergilərlə bağlı məsələlərin diqqətlə araşdırılmasının zəruri olduğunu vurğulayıb.
"Müzakirələrin əsas mövzularından biri idxaldan sonra müəyyən oyunçuların ağır vergilərlə üzləşməsi məsələsidir. Burada əsas sual belədir: həmin vergilər ümumi bazar iştirakçıları üçün tətbiq olunur" – deyə Ş.Rzalı qeyd edib.
O, bazarda rəqabət mühitinin qorunmasının və istehlakçı hüquqlarının təmin olunmasının əhəmiyyətini vurğulayıb:
"Əsas prinsip idxalçının seçim azadlığının təmin olunmasıdır. Bazarın tələbləri şəraitində istehlakçının əsas məqsədi daha ucuz qiymətə öz tələbatını qarşılayacaq bir avtomobil əldə etməkdir. Əgər istehlakçı bunu sərbəst şəkildə tapa bilirsə, bu da seçim azadlığı prinsipinə uyğundur".
Ş.Rzalı həmçinin avtomobil idxalı və tənzimləmə siyasətinə kompleks yanaşmanın vacibliyini qeyd edib:
"Avtomobil bazarının inkişafı, rəqabət mühitinin qorunması üçün bu problemlərin həlli vacibdir. Bu sahədə müəyyən dəyişikliklər aparmaq çətin olsa da, şəffaflıq və balanslaşdırılmış tənzimləmə əsas hədəf olmalıdır".
Azərbaycanda avtomobillər niyə qonşu ölkələrdən daha bahadır?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, burda söhbət alıcının azad seçimindən gedir:
“Yəni alıcı ucuz qiymətə öz ehtiyaclarını ödəyə biləcək bir avtomobil tapa bilmir. Bu gün istehlakçının arzuladığı avtomobil kifayət qədər bahadır. Onun ala biləcəyi avtomobillərinsə istismar müddəti çoxdur. Bu gün hər kəsi bir sual düşündürür: Nəyə görə Azərbaycanda avtomobillər daha bahadır? Müqayisə üçün deyək ki, istənilən avtomobil Türkiyədə, Gürcüstanda, Rusiyada və digər qonşu dövlətlərdə Azərbaycanla müqayisədə çox ucuzdur.
Bahalaşmanının 30-40 faizi gömrük xərcləri ilə bağlıdır. Heç kimə sirr deyil ki, 30 minə xaricdən alınan ikinci əl avtomobillər üçün gömrükdə 20-25 min manat ödəniş edilir. Beləcə qonşu dövlətlərdə 30 min manata olan avtomobillər ölkəmizdə 50-55 min manatadır. Təbii ki, yeni hibrid və elektromobillər ƏDV-dən azaddır”.
Müsahibimiz onu da qeyd edib ki, avtomobillərə tətbiq edilən gömrük rüsumlarının nəzəri vəzifələri var:
“Yəni gömrük rüsumları daxili bazarı tənzimləmək üçündür. Azərbaycanda ildə heç min avtomobil istehsal olunmur. Elə isə daxili istehsal olmayan malın ölkəyə gətirilməsi niyə bu qədər baha və çətindir?! Hələ onu demirəm ki, nisbətən yeni olan avtomobillərin qiymətinin əlçatan olmaması 30-40 ilin avtomobillərinə ehtiyac yaradır.
Bu gün bölgələrdə istifadə edilən minik və yük avtomobillərinin bəzilərinin 50 yaşı var. Bu avtomobillərin ekologiyaya vurduğu ziyanı niyə nəzərə almırıq?! Dövlət Agentliyinin əməkdaşının dedikləri bu mənada doğrudur. Bu gün Azərbaycanın avtomobil bazarında idxal və vergi tənzimləmələrinə yenidən baxılmalıdır”.(bizim.media)
5-6 nəfərlə yola çıxan sürücüləri nə gözləyir? - VACİB AÇIQLAMA
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?










