Avtomobil bazarı saxta detalların əsirinə çevrilib? – ""Zirzəmi malları"orijinal adı ilə satılır"

Avtomobil ehtiyat hissələri bazarında keyfiyyətsiz və saxta məhsulların sürətlə yayılması ciddi narahatlıq doğurur. Xüsusilə təkərlər və digər həyati əhəmiyyətli detalların saxta variantlarının dövriyyəyə daxil olması həm yol hərəkəti təhlükəsizliyini, həm də vətəndaşların büdcəsini ciddi şəkildə təhdid edir. Mövcud vəziyyət isə bu sahədə nəzarət mexanizmlərinin yetərli səviyyədə işləmədiyini göstərir.
Avtosfer.az-ın məlumatına görə, mövzu barədə "Yenicag"a açıqlamasında avtomobil ustası Sahil Ağabəyli bildirib ki, avtomobil sektorunda ehtiyat hissələri bazarı faktiki olaraq nəzarətsiz qalıb:
“Bu nəzarətsizlik nəinki təkərlərdə, ümumiyyətlə, avtomobil sektorunda ehtiyat hissələri ilə bağlı da həddindən artıq zəifdir. Bu gün elə firmalar var ki, ikinci əl, yəni “zirzəmi” mallarını bazara çıxarır. 20 manatlıq məhsulu 5 manata təklif edirlər. Bu isə artıq özlüyündə şübhə doğurmalıdır. O cümlədən, üzərində loqosu olan, guya orijinal və ya OEM məhsulların belə saxta variantları satışdadır. Bu sahədə nəzarət demək olar ki, sıfır səviyyəsindədir”.
Ekspertin sözlərinə görə, bazarda saxta məhsulların keyfiyyət baxımından ilkin baxışda fərqləndirilməsi demək olar ki, mümkün deyil. Bu isə həm adi sürücüləri, həm də peşəkar ustaları belə aldadır:
“Bəzən biz özümüz də aldanırıq. Baxırsan ki, məhsul görünüşcə ideal vəziyyətdədir, hətta orijinaldan daha cəlbedici görünür. Loqosu, qablaşdırması – hər şey yerindədir. Amma istifadə zamanı fərq ortaya çıxır. Məsələn, normalda iki il işləməli olan detal cəmi iki aya sıradan çıxır. Bu isə həm əlavə xərc yaradır, həm də təhlükəsizlik baxımından ciddi riskdir”.
Sahil Ağabəyli qeyd edib ki, problemin dərinləşməsində istehlakçı davranışı da mühüm rol oynayır. Onun fikrincə, alıcıların əksəriyyəti məhsul alarkən tələbkarlıq göstərmir:
“Biz məhsul alanda onun sertifikatını tələb etmirik. Əslində isə bu, ən vacib məqamlardan biridir. Əgər alıcı israrla sertifikat tələb etsə, satıcı da məcbur qalacaq ki, keyfiyyətli məhsul gətirsin. Amma çox vaxt mağaza sahibləri tanış olur, insanlar da münasibətə görə sənəd istəməyə çəkinir. Bu isə bazarda məsuliyyətsizliyin daha da artmasına səbəb olur”.
Ekspert əlavə edib ki, təkərlər də daxil olmaqla ehtiyat hissələri bazarında ciddi boşluqlar mövcuddur və bu sahədə sistemli nəzarət mexanizmləri faktiki olaraq işləmir:
“Bugünkü gün ehtiyat hissələrinə nəzarət baxımından həddindən artıq boşluq var. Bu nəzarətsizlik isə saxta məhsulların bazara rahatlıqla daxil olmasına şərait yaradır”.
Mütəxəssislər hesab edirlər ki, problemin həlli üçün ilk növbədə bazara nəzarət gücləndirilməli, sertifikatlaşdırma mexanizmləri sərtləşdirilməli və qanunsuz satışlarla bağlı ciddi cərimələr tətbiq olunmalıdır. Eyni zamanda, istehlakçıların maarifləndirilməsi, onların keyfiyyətli və sertifikatlı məhsullara üstünlük verməsi də vacib amillərdən biri hesab olunur. Əks halda, avtomobil ehtiyat hissələri bazarında saxta və keyfiyyətsiz məhsulların payı daha da artaraq, həm yol qəzalarının sayının artmasına, həm də vətəndaşların əlavə maddi itkilərlə üzləşməsinə səbəb ola bilər.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












