Avtomobil bazarında durğunluq

May ayı ərzində ənənəvi avtomobil bazarında satışlarda, eləcə də onlayn avtomobil satışlarında durğunluq müşahidə olub və bu vəziyyət hazırda da davam edir. Bu barədə Trend-ə əmlak məsələləri üzrə ekspert Vaqif Hüseynov deyib. Ekspert maşın bazarındakı durğunluğu yay fəslinin gəlməsi, Ramazan ayı və digər amillərlə əlaqələndirib: “Yeni taksi şirkətləri yarandıqca ucuz avtomobillərə ehtiyac çox idi, lakin indi bu bazar da dolub. Bu da öz növbəsində, durğunluğa təsir edir”.
Onun sözlərinə görə, yaxın aylarda da durğunluğun davam etməsi gözlənilir.
V.Hüseynov bildirib ki, maşın bazarında durğunluğun olmasına baxmayaraq, qiymətlərdə azalma müşahidə olunmayıb, əksinə, bəzi avtomobillərin qiymətində bir qədər artım var:
“Avtomobil bazarında əsas söz sahibi “maşın alverçiləri”dir. Onlar üçün də avtomobilin qiymətini aşağı salmaq əlverişli deyil. Düşünürlər ki, “ucuz satmaqdansa, gözləyim”. Ona görə də bazarda qiymətlər enmir”.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












