Avtomobil bazarında qiymətlər BAHALAŞIB

Azərbaycanda avtomobil bazarında qiymət artımı davam etsə də, son aylarda bahalaşmanın tempi nisbətən zəifləyib. Avtosfer.az-ın milli.az-ın araşdırmasına istinadən məlumatına görə, hazırda ən çox qiymət artımı ikinci əl avtomobillər seqmentində müşahidə olunur. Ümumi avtomobil bazarında qiymətlər ötən ilin sonu ilə müqayisədə təxminən 5-6 faiz artıb. Yeni avtomobillərdə bahalaşma daha məhdud olsa da, ikinci əl avtomobillərdə qiymət artımı 7-8 faiz civarında qiymətləndirilir. Bazarda xüsusilə 15 min manatdan 30 min manatadək olan avtomobillərin qiymətlərində ciddi dəyişiklik qeydə alınıb. Belə ki, əvvəllər 15 min manata təklif olunan avtomobillər hazırda 16-17 min manata, 20 min manatlıq avtomobillər isə 21,5-23 min manata satılır. Eyni zamanda, 25 min manatlıq avtomobillərin qiyməti 27-28 min manata, 30 min manatlıq avtomobillərin qiyməti isə 32-33 min manata yüksəlib. Qiymət artımına idxal xərclərinin yüksəlməsi, xaricdən gətirilən avtomobillərin bahalaşması və ikinci əl avtomobillərə tələbatın artması təsir göstərir. Bundan başqa, bazarda təklifin məhdud olması da qiymətlərin yüksəlməsinə səbəb olan amillər sırasındadır.
Hazırda ən çox bahalaşan avtomobillər sırasında ekonom sinif sedanlar, 2012-2018-ci il buraxılışlı ikinci əl nəqliyyat vasitələri və SUV modelləri yer alır. Bununla yanaşı, son günlər bazarda müəyyən durğunluq müşahidə olunur. Satış üçün təklif olunan avtomobillərin sayı artsa da, yüksək qiymətlər səbəbindən alqı-satqı əvvəlki dövrlərlə müqayisədə daha zəif həyata keçirilir.
Yaxın aylarda avtomobil bazarında qiymətlər yüksək səviyyədə qalacaq, lakin bahalaşmanın sürəti əvvəlki dövrlərlə müqayisədə daha aşağı ola bilər.
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu












