Avtomobil bazarında təkliflərin həcmi azalıb

2018-ci ilin aprelində Bakının avtomobil bazarında orta qiymət 27 106 manat təşkil edib. Avtosfer.az xəbər verir ki, bunu “Trend”ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov deyib. Ekspertin sözlərinə görə, ötən ayla müqayisədə qiymətlər 19 faiz artıb. N.İbrahimov bildirib ki, aprel ayında ümumilikdə 1 572 avtomobil satışa çıxarılıb: “Ötən ayla müqayisədə avtomobil bazarında təkliflər portfeli 22,5 faiz azalıb. Satışa çıxarılan avtomobillərin 88,2 faizi benzin mühərrikli avtomobillərdir. Bu kateqoriyalı avtomobillərin orta qiyməti 26 394 manat təşkil edib. Dizel mühərrikli avtomobillər bazarın 11,8 faizini təşkil edib, orta qiymət isə 32 409 manat olub. Avtomat sürət qutusu ilə olan avtomobillərin payı 67,6 faiz, orta qiyməti 35 543 manat, mexaniki sürət qutusu olan avtomobillərin payı 32,4 faiz, orta qiymət 9 725 manat təşkil edib”.
Ekspert bildirib ki, aprel ayında bazardakı avtomobillərin orta yürüş göstəricisi 181,78 min kilometr təşkil edib ki, bu göstərici ötən ayla müqayisədə 3,2 faiz az olub. Avtomobillərin orta yaşı 11,3 il olub.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












