Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO

Avtomobillərin yeni ehtiyat hissələrinin bazarında azalması müşahidə edilir.
Avtosfer.az Xəzər Tv-yə istinadən xəbər verir ki, bu ilin yanvar-iyul aylarında Azərbaycana nəqliyyat vasitələrinin detallarının idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz, dəqiq rəqəmlə desək, 193 milyon dollardan çox azalıb.
Buna səbəb nədir?
Avtomobil ustası Cəlil Əhmədov deyir ki, səbəblər arasında sürücülərin ikinci əl ehtiyat hissələrinə daha çox üstünlük verməsidir. Xüsusilə bahalı avtomobillərin ehtiyat hissələrinin qiyməti sürücüləri alternativ seçimlərə yönəldir.
Cəlil usta hesab edir ki, ikinci əl ehtiyat hissəsinə artan tələb yeni detalların alıcılıq qabliyyətinə ciddi təsir edib.
Detallara gəldikdə isə, usta deyir ki, işlənmiş hissələr uzunömrülü olmaqla yanaşı, onların qiyməti də münasibdir. Təhlükəsizliyinə gəldikdə isə, Cəlil Əhmədovun sözlərinə görə, bunun heç bir riskli tərəfi yoxdur.
Usta hesab edir ki, ikinci əl ehtiyat hissəsi mühərrikdəki detallar və əsasən də elektron sensorlar üçün çox əlverişlidir. Lakin alt işlək hissələrdən xüsusən də əyləc sistemində yenisinə üstünlük verilməsi daha yaxşı olar.
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu












