Avtomobil eksperti təkərlərdəki uğultunun səbəblərini sadaladı

"Təkərlərin səsi həmişə onların keyfiyyəti ilə bağlı olmur. Çox vaxt problem avtomobilin sazlanmasında və səs izolyasiyasının zəif olmasında gizlənir".
Avtosfer.az xəbər verir ki, bu barədə "Qazprombank Avtolizinq" şirkətinin idxalçılarla iş üzrə idarə rəhbəri Aleksandr Kornev təkərlərin niyə uğultu yaratdığı və daha səssiz şinlərin necə seçilməli olduğu barədə "İzvestiya" nəşrinə müsahibəsində danışıb.
"Əksər hallarda söhbət hava mənşəli səsdən gedir. Bu səsi təkər tağlarının lokal səs izolyasiyası vasitəsilə azaltmaq mümkündür. Lakin avtomobil konstruksiyası ilə ötürülən struktur səs artıq kuzovun kompleks səs izolyasiyasını tələb edir", - deyə ekspert bildirib.
Onun sözlərinə görə, əlavə səs şinlərdə düzgün olmayan təzyiq səbəbindən də yarana bilər. Həddindən artıq şişirdilmiş təkərlər daha sərt və səsli olur. Bu, xüsusilə, şipli şinlərdə daha qabarıq hiss edilir. Aşağı təzyiq isə vibrasiyalara səbəb olur. Ekspert istehsalçının göstərdiyi təzyiq göstəricilərinə ciddi riayət etməyi tövsiyə edir. Adətən bu məlumat sürücü qapısının iç hissəsində və ya yanacaq çəninin qapağında yerləşdirilir.
Uğultunun digər səbəbi təkərlərin balansının pozulması və ya təkər bucaqlarının tənzimlənməsinin ("razval-sxojdeniye") düzgün aparılmaması ola bilər. Bu halda vibrasiyalar kuzova ötürülür, şinlər qeyri-bərabər aşınır və yol örtüyü ilə sürtünmə güclənir ki, bu da səs səviyyəsini artırır.
Yeni şin seçərkən Kornev səs səviyyəsi üzrə markalanmaya diqqət yetirməyi məsləhət görür:
"Şin növü də akustik komforta təsir göstərir. Ən səssiz hesab olunanlar yumşaq rezindən hazırlanmış friksion qış şinləridir. Yay şinləri daha sərt olur və adətən daha çox səs yaradır. Ən səsli modellər isə off-road şinləri, eləcə də gücləndirilmiş karkaslı və sərt yan divarlı şipli şinlərdir".
Azərbaycanda bu maşınlar yığışdırılır – Sahiblərini nə gözləyir?
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı












