Avtomobil idxalı 2,3 dəfə artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 22 714 ədəd avtomobil gətirilib. Dövlət Gömrük Komitəsindən (DGK) Avtosfer.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 886 ədəd və yaxud 2,31 dəfə çoxdur.
Ölkəyə gətirilən avtomobillərin 235 ədədi və yaxud 1,03%-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 20 429 ədədi və yaxud 98,74%-i, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 938 ədədi və yaxud 8,53%-i yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 112 ədədi və yaxud 0,49%-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
Ötən ilin ilk 11 ayına nisbətən sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin sayı 66 ədəd və yaxud 39,05% azalıb, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin sayı 20 429 ədəd və yaxud 2,38 dəfə, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin sayı 924 ədəd və yaxud 91,12%, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin sayı isə 44 ədəd və yaxud 64,7% artıb.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












