Avtomobil idxalı 3 dəfə artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana xaricdən 9 588 ədəd avtomobil gətirilib. DGK-dan Avtosfer.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 105 ədəd və yaxud 2,75 dəfə çoxdur.
Ölkəyə gətirilən avtomobillərin 60 ədədi və yaxud 0,6%-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 8 485 ədədi və yaxud 88,5%-i, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 978 ədədi və yaxud 10,2%-i yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 65 ədədi, yaxud 0,7%-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
Ötən ilin I yarısına nisbətən sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin sayı 5 ədəd və yaxud 9,1%, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin sayı 2,9 dəfə və yaxud 5 514 ədəd artıb, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin sayı 562 ədəd və yaxud 2,35 dəfə, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin sayı isə 24 ədəd və yaxud 58,5% artıb.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










