Avtomobil idxalında kəskin azalma: Maşın bazarını nə gözləyir?

Ölkəyə idxal edilən minik avtomobillərinin sayında əhəmiyyətli azalma qeydə alınıb. Bu göstərici ötən dövrlə müqayisədə təxminən 40 faiz düşüb.
Avtosfer.az bakupost-a istinadən xəbər verir ki, belə bir açıqlama ilə Avtomobil Dilerləri Asossasiyasının İdarə Heyətinin Sədri Eyyub Əliyev çıxış edib.
Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı bildirib ki, idxal edilən minik avtomobillərin sayında 40 faizlik azalmanın baş verməsi iki səbəbdən qaynaqlanır:
“Səbəblərdən biri iqtisadi amillə bağlıdır. Mövcud makroiqtisadi vəziyyətlə bağlı olaraq, alıcılıq qabiliyyətində müəyyən qədər azalmalar müşahidə olunur. Bazara müraciət edənlərin, tələbin azalması, öz növbəsində təbii ki, idxalın da azalmasına təsir edib”.
Amma həmsöhbətimiz hesab edir ki, azalmada ən ciddi faktor rolunda ötən ilin sonlarında qəbul olunan inzibati qərarlar çıxış edib:
“Keçən ilin sonlarında hibrid və elektromobillərlə bağlı vergi güzəştlərində müəyyən dəyişikliklər edildi. Nəticədə həmin
avtomobillərin həm idxal rüsumları, həm də bazardakı satış qiymətlərində artım baş verdi. Bu da həmin sahə üzrə topdansatışla məşğul olan sahibkarlara ciddi mənfi təsir göstərdi və daxili bazarda qiymət artımına gətirib çıxardı. Belədə, alıcılıq qabiliyyəti bir qədər də düşdü”.
Müsahibimiz deyir ki, idxal edilən avtomobillərin sayında əhəmiyyətli azalma ilkin mərhələdə bazarda qiymətlərin kəskin artımı ilə müşayiət olunub:
“Amma sonrakı dövrdə pərakəndə satışla məşğul olan sahibkarlar bazarda aılıcılıq qabiliyyətinin azalması və tələbin aşağı düşməsini hiss etməklə, özləri də qiymətləri aşağı saldılar. Lakin bununla belə, əvvəlki alıcılıq səviyyəsini bərpa etmək mümkün olmayıb”.
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












