Avtomobil istehsalçıları 8 milyard avro itirdi - Artırılmış rüsumlar görə

ABŞ-nin Avropa İttifaqından (Aİ) avtomobil idxalına artırılmış rüsumlar tətbiq etməsindən sonra Avropa avtomobil sənayesinin zərəri 8 milyard avronu ötüb.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb.
Qeyd edilib ki, ötən ilin və cari ilin ilk üç ayının yekunlarına görə, ən böyük zərəri itkilərini 3,6 milyard avro olaraq qiymətləndirən "Volkswagen" konserni görüb. "BMW" təxminən 2,1 milyard avro, "Mercedes-Benz" 1,3 milyard avro itirib, "Stellantis"in xərcləri isə təqribən 1,2 milyard avro təşkil edib.
Analitiklər hesab edirlər ki, rüsumların yenidən 25 %-ə qədər artırılacağı halda, Almaniyanın "Volkswagen", "BMW" və "Mercedes-Benz" avtokonsernləri artıq 2026-cı ildə əlavə olaraq təxminən 2,6 milyard avro itirə bilər. Bununla yanaşı, Avropa avtomobil sənayesi Vaşinqton və Brüssel arasında ticarət qarşıdurmasının ehtimal olunan yeni mərhələsinə hazırlaşır.
ABŞ 2025-ci ilin aprelində Avropa avtomobillərinə rüsumları 2,5 %-dən 27,5 %-ə qaldırıb. Həmin ilin avqustunda ABŞ və Aİ arasında ticarət sazişi bağlandıqdan sonra dərəcə 15 %-ə endirilib. Lakin 2026-cı il mayın 1-də ABŞ Prezidenti Donald Tramp bu qərarı avropalı tərəfdaşların öhdəliklərini lazımi səviyyədə yerinə yetirməməsi ilə izah edərək Aİ-dən idxal edilən minik və yük avtomobilləri üçün rüsumların 25 %-ə qədər artırıldığını elan edib.
Almaniya Kansleri Fridrix Merts rüsumların artırılmasının Avropa iqtisadiyyatı və avtomobil sənayesi üçün ciddi zərbə olacağını bildirib. O qeyd edib ki, ABŞ Aİ ilə yeni ticarət sazişinə hazırdır, ancaq Avropa ölkələri hələ ki vahid mövqe formalaşdıra bilməyib. Merts 2026-cı ilin yayında G7 və NATO sammitlərində bu məsələni Trampla müzakirə etməyi nəzərdə tutur.
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR












