Avtomobil istehsalı 29 dəfə artıb

2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 249,7 milyon manatlıq məhsul istehsal edilib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 29,1 dəfə artıb, maşın və avadanlıqların istehsalı 24,4 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 66,7 faiz azalıb. Qeyd edək ki, bu müddətdə 1 220 ədəd traktor, 794 ədəd minik avtomobili istehsal olunub. Xatırladaq ki, yanvar-oktyabr aylarında da avtomobil istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 26,5 dəfə artmişdi. Bununla belə həmin dövrdə də maşın və avadanlıqların istehsalı 17,7 faiz, digər nəqliyyat vasitələrinin istehsalı isə 65,6 faiz azalmışdı.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












