Avtomobil kondisionerləri ilə bağlı ciddi səhv - FOTO

Artıq yay yaxınlaşır və bir müddət sonra kondisionerdən istifadə zərurət halına gələcək. Lakin bir çox avtomobildə kondisioner düzgün işləmir. Səbəblər də çox vaxt sadədir.
Avtosfer.az xəbər verir ki, kondisionerlə bağlı problemə yaşı beşi ötən maşınlarda daha çox rast gəlinir. Sürücü salonun yaxşı soyumadığını gördükdə sistemə əlavə freon doldurtdurur. Nəticə isə qısamüddətli olur. Çünki səbəb başqadır.
Çox zaman kondisionerin pis işləməsinin səbəbi kompressor və ya soyuducu agent deyil, kondensor olur, yəni kondiusioner radiatoru. Bu qurğu istilik mübadiləsində vacxib rol oynayır. Yaxşı termik mübadilə üçün o nazik alüminiumdan hazırlanır.
Çox vaxt sürücülər kondensoru da yüksək təzyiqli su ilə yuyurlar. Bu zaman radiatorun “şanları” əyilərək zədələnir və istilik mübadiləsi pisləşir. Bundan sonra kompressor daha böyük güclə işləsə də, səmərə az olur. Yüksək təzyiqli su onu hətta deşə də bilər.
Buna görə də kondensor xüsusi köpüklərlə və aşağı təzyiqli su ilə yuyulmalıdır. Həm də su axını paralel deyil, perpendikulyar olmalıdır. Azərbaycan yollarının tozlu olduğunu nəzərə alaraq, radiator (elə mühərrikinki də daxil olmaqla) vaxtaşırı yuyulmalıdır.
Xarici ekspertlərin qənaətinə görə kondisioner radiatorunun 40 faizə yaxını zədələnibsə, və ya “şanların” strukturu pozulubsa, onu təmir etmək deyil, əvəzləmək lazımdır.
Vüqar Yaşaroğlu
.jpg)
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












