Avtomobil lobbisi artıq fəaliyyətə başlayıb

Yayda Avropa Parlamentinə keçirilən seçkilərdə Avropa xalq Partiyası əsas yerləri qazanmışdı. O zaman partiyanı Avropanın əsas avtomobil şirkətlərinin maliyyələşdirdiyi üçün onların hansı maraqlara xidmət edəcəyi məlum idi. Biz də Avtosfer.az olaraq vaxtilə bu məsələni işıqlandırmışdıq.
İndi isə niyyət aydın görünür. Avtomobil istehsalçıları istilik mühərrikləri üçün son tarixin (1 yanvar 2035) geriyə çəkilməsində israrlıdır. Artıq Polşa, İtaliya və Fransadan olan deputatlar bu məsələdən danışırlar. Sual oluna bilər: niyə əsas istehsalçı olan Almaniya yox?
Avropa Parlamentindəki prosedura görə əsas mərhələ məsələnin gündəliyə salınmasıdır. Ondan sonra isə eyni maraqları təmsil edən qüvvələr işə düşür. Bu da özünü səsvermədə göstərir.
Partiya hesab edir ki, avtomobil istehsalçıları 2025-ci ildə ekoloji ləngimələrə görə 15 milyard avro ödəməyə məcbur deyil, daha ciddi standartlara keçid tarixini dəyişmək lazımdır.
Bəs partiya avtomobil istehsalçılarına lobbiçilik edə bilərmi? Tarixi təcrübə göstərir ki, partiya ekologiya ilə bağlı çox sayda layihənin rədd edilməsinə nail olub. İndi isə həm parlament, həm də Avropa Komissiyası bu partiyanın nəzarətindədir.
Vüqar
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA












