Avtomobil mühərrikini məhv edən səhv - VİDEO

Avtomobil yağını fəsilə görə seçmək bəzi hallarda mühərrik üçün zərərli ola bilər.
Avtosfer.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, xüsusi "qış yağları"na yalnız ekstremal şaxtaların müşahidə olunduğu bölgələrdə ehtiyac yaranır. Belə ki, temperaturun tez-tez -35 dərəcədən aşağı düşdüyü ərazilər istisna olmaqla, əksər hallarda mövsümə uyğun ayrıca yağ seçiminə zərurət yoxdur.
Avtomobil ustası Ruslan Əliyevin sözlərinə görə, keçmişdə istifadə olunan mineral yağlar temperatur dəyişikliklərinə qarşı daha həssas olub. Lakin müasir dövrdə istehsal edilən sintetik və yarımsintetik yağlar həm yay istisində, həm də qış soyuğunda öz keyfiyyətini qoruyub saxlayır. Onun fikrincə, əsas məsələ yağın fəsilə görə deyil, avtomobil istehsalçısının tövsiyələrinə uyğun seçilməsidir. Yanlış yağ seçimi isə mühərrikin sıradan çıxmasına qədər ciddi problemlərə yol aça bilər.
Mütəxəssislər vurğulayırlar ki, mühərrikin uzunömürlü olması üçün diqqət mövsümə deyil, texniki qulluq müddətlərinə yönəldilməlidir. Filtrlərin vaxtında dəyişdirilməsi və yalnız orijinal məhsullardan istifadə mühərrikin qorunmasında əsas rol oynayır.
Sürücülər bunu bilmir: 20 manat əlavə ödə, 10 min al
Məşhur bloqer oğurlanan superkarını internetdə gördü - Küçədə "drift" edərmiş
8 min manata “Hyundai”, 14 min manata “Prado”...
Avtomobil saxlamaq bahalaşır – Sürücülərin xərcləri artır
Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
“Mercedes” Almaniyaya investisiya qoyuluşunu dayandırır
Azərbaycanda Çinin seçilən markalarına zəmanət veriləcək
Şinlərin təzyiqi: Əksəriyyətin buraxdığı səhvlər
Bu maşınlar ucuzlaşacaq - YENİ QAYDALAR GƏLİR
Vəsiqəsiz şəxslərə avtomobil verənlərə XƏBƏRDARLIQ - VİDEO
Avropa məhkəməsi "MAZ" və "BELAZ"ın iddiasını rədd etdi












