Avtomobil nəhəngi dron istehsalına başlayacaq

Fransız avtomobil şirkəti "Renault" Ukraynada pilotsuz uçan aparatların istehsalına başlamağı planlaşdırır.
Avtosfer.az xəbər verir ki, bu barədə "France Info" radiosu mənbəyə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, istehsal prosesi kiçik fransız müdafiə şirkəti ilə birgə təşkil olunacaq və bu müəssisə döyüş xəttindən onlarla və ya yüzlərlə kilometr aralıda yerləşəcək.
Qeyd olunur ki, Ukrayna ordusu 2025-ci ildə qabaqcıl texnologiyalar əsasında hazırlanmış 4 milyondan çox pilotsuz uçan aparat istifadə etməyi planlaşdırır. Birbaşa Ukraynada istehsal olunan bu dronların bəziləri Fransa ordusu tərəfindən qəbul oluna bilər.
Bundan əvvəl Fransanın müdafiə naziri Sebastyen Lekornu LCI telekanalına verdiyi müsahibədə böyük bir fransız avtomobil istehsalçısının Ukraynada pilotsuz uçan aparatların istehsalına başlayacağını bildirib, lakin şirkətin adını açıqlamayıb.(musavat)
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












