Avtomobil nəhənglərindən vida qərarı: 11 məşhur modelin istehsalı tamamilə dayandırılır - SİYAHI

İlin sonuna qədər dünyanın aparıcı avtomobil istehsalçıları bir neçə məşhur krossover və ofrouder modelinin istehsalını dayandıracaqlar.
Avtosfer.az xəbər verir ki, "Motor1" nəşri istehsalı tamamilə dayandırılacaq və ya Şimali Amerika bazarında satışına son qoyulacaq avtomobillərin siyahısını dərc edib.
Həmin siyahıya "Acura RDX", "BMW iX", "Ford Escape", "Jaguar F-Pace", "Honda Prologue", "Land Rover Discovery Sport", "Polestar 3", "Polestar 4", "Tesla Model X", "Volkswagen ID.4" və "Volvo EX30" modelləri daxil edilib.
Məlumata görə, "Acura RDX" modelinin buraxılışı 2027-ci ildə başa çatacaq. Bu qərar brendin elektrikləşdirməyə keçidi ilə əlaqədardır. Bununla belə, bir neçə il ərzində onun hibrid varisinin təqdim olunacağı gözlənilir.
Satışların azalması və "iX3" də daxil olmaqla, yeni "Neue Klasse" modellərinin buraxılışına hazırlıq səbəbindən "BMW iX" ABŞ bazarını tərk edəcək, lakin digər bazarlar üçün qlobal istehsal davam edəcək. Uzun illər ərzində flaqman modellərdən biri olan "Ford Escape" isə zavodda daha əlçatan elektromobillərin istehsalı üçün yer boşaldaraq tarixə qovuşacaq.
"Jaguar F-Pace" brendin yenilənməsi strategiyası çərçivəsində istehsaldan çıxarılacaq. Nəticədə "Jaguar Type 01" təqdim edilənədək brend müvəqqəti olaraq orta ölçülü ofroudersiz qalacaq.
GM ilə birgə yaradılmış "Honda Prologue" modelinin istehsalı diqqətin hibridlərə yönəldilməsi səbəbindən 2026-cı ilin sonunda dayandırılacaq. "Land Rover Discovery Sport"un yığılması 2026-cı ilin dekabrında yekunlaşacaq və markanın ən münasib qiymətli modeli "Evoque" olacaq.
Çin proqram təminatına malik avtomobillərin satışı üçün icazənin uzadılmaması səbəbindən "Polestar 3" və "Polestar 4" ABŞ bazarından çıxarılacaq.
"Tesla Model X" isə 2026-cı ilin ikinci rübünə qədər istehsalda qalacaq. Sahibkar İlon Mask bu modelin buraxılışının dayandırılması ilə bağlı planları təsdiqləyib. "Volkswagen ID.4" daha gəlirli "Atlas" modeli üçün yer boşaldaraq istehsalını müvəqqəti dayandıracaq, onun əvəzləyicisinin isə "ID.Tiguan" adlandırılacağı gözlənilir. "Volvo EX30" isə dəyişən bazar şərtlərinə görə istehsalına başlanmasından cəmi bir il sonra istehsaldan çıxarılır.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












