Avtomobil nəhənglərinin CEO-larının illik qazancı - ŞOK MƏBLƏĞLƏR

Keçdiyimiz günlərdə gəlirini az göstərdiyi üçün haqqında cinayət işi açılan "Renault", "Nissan" və "Mitsubishi"nin baş icraçı direktoru (CEO) Karlos Qosnun 16,9 milyon dollarlıq qazancı diqqəti avtomobil nəhənglərinin maaşlarına çəkib. Avtosfer.az “qaynarinfo”ya istinadən xəbər verir ki, maaşlara nəzər saldıqda illik gəliri 22 milyon dollar olan, həmçinin ayda 2,1 milyon dollar qazanan direktorların olduğu ortaya çıxıb.
"Toyota"nın CEO-su Akio Toyota - illik gəliri 3,35 milyon dollardır. Maraqlısı budur ki, şirkət CEO-sunun fransız köməkçisi Didiyer Leroy isə faiz və mükafatlarla birlikdə ildə 9,5 milyon dollar qazanaraq, müdirindən 3 dəfə artıq gəlir əldə edir. Gəlirinə görə adı siyahının son sıralarında olan Akio Toyotanın qazancı həbs olunmuş Qosnun gəlirinin təxminən 1/6 hissəsinə bərabərdir. Avtomobil nəhənglərinin CEO-larının aldığı maaşları sizlərə təqdim edirik:
1. "General Motors"un (GM) CEO-su Meri Barra - illik gəliri 21,96 milyon dollar
İldə 2,1 milyon dollar maaş, 10,7 milyon dollar hissə payının gəliri, 4,96 milyon dollar faiz və mükafat, 4,2 milyon dollar da bütün təzminatlar
2. "Renault-Nissan-Mitsubishi"nin rəhbəri Karlos Qosni - illik gəliri 16,9 milyon dollar
"Renault"dan 8,4 milyon dollar, "Nissan"dan 6,5 milyon dollar, "Mitsubishi"dən isə 2 milyon dollar
3. "Ford Motors"un CEO-su Cim Haket - illik gəliri 16,7 milyon dollar
1,34 milyon dollar maaş, 10,37 milyon dollar hissə payından gələn gəlir, 4,6 milyon dollar faiz və mükafat, 420 min dollar isə bütün təzminatlar
4. "Ford Motor Company"nin rəhbəri Bil Ford - illik qazancı 15,6 milyon dollar
1,65 milyon dollar maaş, 10,27 milyon dollar hissə payı gəliri, 1 milyon dollar faiz və mükafat, 2,71 milyon dollar isə digər təzminatlar
5. "Daimler Benz"in CEO-su Dayter Zetşe - illik gəliri 9,8 milyon dollar 2,29 milyon dollar maaş, 3 milyon dollar hissə payından gələn gəlir, 4,5 milyon dollar faiz və mükafat
6. "BMW"nin CEO-su Harald Krueyger - illik gəliri 9,5 milyon dollar
1,71 milyon dollar maaş, 200 min dollar hissə payı gəliri, 7,6 milyon dollar mükafat, 20 min dollar digər təzminatlar
7. "Toyota" CEO-sunun köməkçisi Ddiyer Leroy - illik gəliri 9,5 milyon dollar
1,75 milyon dollar maaş, 6,32 milyon dollar fazi və 1,43 milyon dollar digər təzminatlar
8. "Geceral Motors"un rəhbəri Den Amman - illik gəliri 9,3 milyon dollar
1,45 milyon dollar maaş, 4,1 milyon dollar hissə gəliri, 2,1 milyon dollar faiz və mükafatlar, 1,6 milyon dollar digər təzminatlar
9. "Hyundai Motor"un rəhbəri Çanq Monq-Koo - illik qazancı 4 milyon dollar
Gəliri "Refinitiv" şirkətindən və müraciətlərdən əldə olumuş illik maaş və mükafatları əhatə edir.
10. "Toyota" rəhbəri Akio Toyota - illik qazancı 3,35 milyon dollar
Toyotanın qurucusu Kiçiro Toyotanın nəvəsidir və gəliri maaş və faiz hesabına təmin edilir.
11. "Tesla"nın CEO-su İlon Mask - illik gəliri 2,6 milyon dollar
"Tesla" CEO-sunun gəliri digər həmkarlarından fərqli olaraq hissə payı hesabına təmin edilir.
O, eyni zamanda şirkətin qurucusu da olduğundan, hissə payının bazar dəyərinə uyğun olaraq gəliri dəyişə bilir. Məsələn, şirkətdəki son qalmaqallardan sonra o, şirkətin idarə heyətinin rəhbəri vəzifəsindən uzaqlaşdırılmış və "Tesla"nın səhmlərinin dəyəri aşağı düşmüşdü. Amma təxmini hesablamalara görə, illik qazancı 2,5-2,6 milyon dollar arasında dəyişir.
Hibrid avtomobillərin yayda yanacaq sərfiyyatının artmasının səbəbi
Mercedes-Benz GLE və E-Class üçün ötənilki şərtlər geri qayıdır
Avtomobilin arxa oturacağında neçə nəfər daşına bilər? - VİDEO
BYD “Volkswagen”in “Şüşə manufaktura”sını alır - VİDEO
“Tesla” 2 modelin istehsalını dayandırdı - FOTOLAR
Yeni “Niva” belə olacaq - FOTOLAR
Ən çox xarab olan avtomobillər – SİYAHI - FOTOLAR
Hər litr yanacağa necə qənaət etmək olar? - Faydalı MƏSLƏHƏTLƏR
Avtomobil istehsalçıları 8 milyard avro itirdi - Artırılmış rüsumlar görə
Azərbaycanda İkinci Dünya müharibəsi zamanı sürücülük imtahanı - FOTOLAR
Dizel avtobuslardan imtina havanı təmizlədi - XARİCİ TƏCRÜBƏ










