Avtomobil qiymətlərində KƏSKİN UCUZLAŞMA

“Qiymətlərin ötən ilə nisbətən daha aşağı olması əlbəttə ki, bizi sevindirir. Ancaq burada diqqət yetirilməli məqam ondan ibarətdir ki, gətirilən hibrid avtomobillərin bir qisminin istehsalçı zəmanəti yoxdur. Onlar Avropa standartlarına uyğun gəlmir”.
Avtosfer.az xəbər verir ki, bu sözləri "yenisabah"a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib. O, bildirib ki, ötən ildən başlayaraq, Çindən də ölkəmizə gətirilən hibrid avtomobillərin sayı artıb:
“Bizim ölkəmizə idxal olunan hibrid avtomobillər müxtəlif ölkələrdən gətirilir. Əgər əvvəllər Yaponiya, Cənubi Koreya və Avropa ölkələri üstünlük təşkil edirdisə, ötən ildən başlayaraq, Çindən də ölkəmizə gətirilən hibrid avtomobillərin sayı artıb. Çində bu növ avtomobillərə dövlət subsidiyasının olmasını nəzərə alaraq, qeyd edə bilərik ki, Çindən gətirilən avtomobillərin qiyməti bir qədər ucuzdur. Həmçinin Çindən gətirilən hibrid avtomobillərin bir qismi Avropa üçün nəzərdə tutulmayıb, Çində istismar olunmaq üçün nəzərdə tutulub. Belə avtomobillərin qiyməti də istehsalçı zəmanəti olan avtomobillərdən fərqlənir”.
Ekspert vurğulayıb ki, Çindən gətirilən hibrid avtomobillərin bir qisminin istehsalçı zəmanəti yoxdur:
“Qiymətlərin ötən ilə nisbətən daha aşağı olması əlbəttə ki, bizi sevindirir. Ancaq burada diqqət yetirilməli məqam ondan ibarətdir ki, gətirilən hibrid avtomobillərin bir qisminin istehsalçı zəmanəti yoxdur. Onlar Avropa standartlarına uyğun gəlmir. Yalnız Çinin daxili bazarında istismar olunmaq üçün istehsal edilib”.
Qeyd edək ki, ötən Azərbaycana idxal edilən hibrid avtomobillərin orta qiyməti 20.5 min dollar təşkil edib. 2023-cü ildə isə bu rəqəm 29.7 min dollar idi. Elektromobillərin orta qiyməti isə 7.3 min dollar ucuzlaşıb. Belə ki, 2024-cü il üzrə elektromobillərin orta qiyməti 41.3 min dollar olduğu halda, daha öncəki il 34 min dollar olub.
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu












