Avtomobil sahəsində mühüm ixtira: Sadə, ancaq həyati əhəmiyyət daşıyır - FOTO

Bu gün avtomobillərdə adi detal kimi qəbul etdiyimiz şüşəsilən əslində bir qadının diqqətli müşahidəsi nəticəsində yaranıb.
Avtosfer.az teleqraf-a istinadən xəbər verir ki, onun müəllifi amerikalı ixtiraçı Mary Anderson hesab olunur.
Anderson Nyu-Yorkda tramvayla gedərkən sürücünün şüşəni təmizləmək üçün tez-tez dayanmalı olduğunu görür. Bu problem onu praktik həll yolu tapmağa sövq edir. O, avtomobilin içindən idarə olunan rezin bıçaqlı mexanizm hazırlayır və 1903-cü ildə şüşə təmizləmə qurğusu üçün patent alır.
Bu ixtira sonradan avtomobil təhlükəsizliyində mühüm rol oynayır. Maraqlıdır ki, ixtira ilk vaxtlar istehsalçılar tərəfindən ciddi qarşılanmayıb və kommersiya marağı doğurmayıb. Lakin patent müddəti bitdikdən sonra şüşəsilənlər avtomobillərin ayrılmaz hissəsinə çevrilib. Bu gün Anderson gündəlik həyatımızı daha təhlükəsiz edən ixtira müəllifi kimi xatırlanır və onun ideyası bütün dünyada istifadə olunur.
Qeyd edək ki, Mary Anderson 1903-cü ildə şüşəsilən qurğusuna patent alan ilk ixtiraçılardan biri kimi tarixə düşüb.
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu









.jpg)




