Avtomobil sahibləri sığorta pulunu 3-4 günə ala biləcək - YENİLİK

"Sığorta ödənişlərinin tənzimlənməsi ilə bağlı proses qısa zamanda tamamlansa və İT sistemi sürətli işləməyə başlasa sığorta ödənişlərinin verilməsi 7-8 gündən 3-4 günə düşə bilər". Bunu Fins.az-a müsahibəsində İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov deyib. Onun sözlərinə görə, sığorta ödənişlərinin daha sürətli verilməsi üçün bundan əlavə fərqli tədbirlər də həyata keçirilir:"Buna dövlət orqanlarından alınan ərizələri aid edə bilərik. Söhbət DİN qurumlarından əldə edilən “Forma 3” və “Forma 4”ün elektron qaydada verilməsindən gedir. Belə ki, sığorta şirkətləri müvafiq qurumlara lazımı sənədin alınması üçün məktub ünvanlayır. Bu məktubun ünvana çatması və sənədin verilməsi müəyyən qədər vaxt aparır. Həmin sənədlərin elektron qaydada verilməsi isə sığorta ödənişinin verilməsi prosesini bir qədər də sürətləndirəcək. İnsanlar daha az zaman sərf edəcəklər. Ümumilikdə isə bu proses sığortaya inamın artmasına səbəb olacaq".
R.Əhmədov deyib ki, icbari sığorta ilə bağlı planlaşdırılan bütün tədbirlərin, o cümlədən xarici təcrübələrin öyrənilməsində əsas məqsəd ondan ibarətdir ki, icbari sığorta könüllü sığorta növlərinin inkişaf etməsində katalizator rolunu oynasın. Çünki könüllü sığorta növlərində bazarın potensialı dəfələrlə çoxdur. İcbari sığorta mütləq bu bazarın inkişafı üçün motor olmalıdır.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












