Avtomobil sahiblərinə- ŞAD XƏBƏR, VİDEO

İcbari avtomobil sığortası ilə bağlı vətəndaşlar və sığorta şirkətləri arasında yaranan bəzi problemlər birdəfəlik həll olunacaq. Artıq bunun üçün icbari avtomobil sığortası üzrə yeni sistemin tətbiqinə başlanılıb. Sistemin tətbiqi ilə sığorta şirkətləri tərəfindən vətəndaşlara ödəniləcək sığorta haqqlarının azaladılması kimi neqativ hallar aradan qalxacaq.
Avtosfer.az-ın verdiyi məlumata görə, tətbiq olunan sistemdə bir sıra yeniliklər edilib. Sığorta eksperti Daşdəmir Niftəliyevin sözlərinə görə, yaradılan bu sistem həm Daxili İşlər Nazirliyi, eləcə də Dövlət Yol Polisi İdarəsinin sistem və bazası ilə inteqrasiya olunub. Yəni avtomobil və sürücüyə aid məlumatlar müvafiq dövlət orqanının sistemindən götürüldüyü üçün bu məlumatları saxtalaşdırmaq mümkün olmayacaq.
Bununla yanaşı, sığorta şirkətləri satışları elektron və yaxud ASAN İmza ilə etdikləri üçün İcbari Sığorta Bürosu onların bütün fəaliyyətini izləyə biləcək. Daşdəmir Niftəliyev deyir ki, sistemin tətbiqi nəticəsində sığorta şirkətləri tərəfindən sığorta haqqının azaldılması kimi neqativ halların da qarşısı alınacaq.
Qeyd edək ki, hazırda fəaliyyətə başlayan bu sistemdə İcbari Sığorta Bürosunun iştirakçıları olan 13 sığorta şirkəti qeydiyyatdan keçib.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












