Avtomobil sahiblərinə XƏBƏRDARLIQ: Şinlər BAHALAŞACAQ

Rusiyanın Sənaye və Ticarət Nazirliyi Nazirlər Kabinetinə yüksək səviyyədə politsiklik aromatik karbohidrogenlər (PAH) olan təkərlərin qadağan edilməsini təklif edib.
Məlumdur ki, polisiklik aromatik karbohidrogenlər təkər istehsalında yumşaldıcı yağlar kimi istifadə olunur.
Lakin araşdırmalar göstərir ki, təkərlər aşındıqca havaya qarışan bu maddələr xərçəng yaradan (kanserojen) xüsusiyyətlərə malikdir və ətraf mühit üçün zərərlidir.
Rusiyada avtomobil şinlərinin tərkibindəki zərərli maddələrə qarşı mübarizə bazardakı qiymətlərə təsir edə bilər. Ehtimal edilir ki, qonşu ölkədəki yeni standartlar bazardakı ən ucuz məhsulların üçdə birinin "sıradan çıxmasına" və ya bahalaşmasına yol açacaq.
Hazırda bazardakı uyğun büdcə seqmentinə aid təkərlərin təxminən 30-40%-i köhnə texnologiya ilə istehsal olunur. Bu təkərlərin satışdan yığışdırılması seçimi azalda bilər.
Digər tərəfdən, məlum olduğu kimi, Azərbaycana təkər şinləri böyük ölçüdə xaricdən idxal olunur.
Bu vəziyyət qiymətlərə necə təsir edəcək?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, “ekoloji addım” avtomobil şinlərinin bahalaşmasına səbəb olacaq:
“Halbuki şinlərin qiymətinin artmasına digər amillər də təsir edir. Ən vacib faktor yeni qaydalardan sonra xammalın qiymətlərinin artmasıdır. Şin istehsalında istifadə olunan kauçuk, neft məhsulları və kimyəvi əlavələr dünya bazarında bahalaşdıqca, istehsal xərci də yüksəlir. Bu da birbaşa satış qiymətlərinə təsir edir.
İkinci mühüm səbəb logistika və daşınma xərcləridir. İdxal olunan şinlərin daşınması, xüsusilə yanacaq və nəqliyyat xərcləri artdıqda daha baha başa gəlir və bu əlavə xərc son qiymətə əlavə olunur.
Üçüncü amil valyuta məzənnəsidir.
Şinlərin böyük hissəsi xaricdən gətirildiyi üçün ABŞ dolları bahalaşdıqda və ya gücləndikdə yerli bazarda qiymətlər artır, çünki idxal dollarla aparılır.
Nəticədə bahalaşma tək bir səbəbdən yox, həm istehsal xərclərinin artması, həm də idxal və tələb amillərinin birlikdə təsiri ilə baş verir”.
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












