Avtomobil sahiblərini gözləyən YENİ XƏRCLƏR – Rekord bahalaşma yaxınlaşır

Yaxın Şərqdə artan gərginlik və beynəlxalq daşımalarda yaranan problemlər Azərbaycanda avtomobil mühərrik yağlarının qiymətinə yenidən təsir edib. Bir müddət əvvəl 20 faizə qədər bahalaşan məhsulların qiyməti indi bəzi markalar üzrə əlavə 30 faiz də artıb. Ekspertlər hesab edirlər ki, bölgədə vəziyyət dəyişməsə, bazarda yeni qiymət artımları da qaçılmaz ola bilər.
Qarşıdakı aylarda sürücüləri daha hansı qiymət dəyişiklikləri gözləyə bilər?
Avtosfer.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, mühərrik yağlarının qiymətinə təsir edən əsas amillərdən biri xam neftin bahalaşmasıdır:
“Bununla yanaşı, hazırda baza yağlarının qlobal bazarda çatışmazlığı da müşahidə olunur. Bu vəziyyət istehsal xərclərini artırmaqla yanaşı, daşınma və logistika sahəsində əlavə problemlər yaradır. Yaxın Şərqdəki siyasi gərginlik, müharibə riskləri və xüsusilə Hörmüz boğazında daşımalarla bağlı yaranan qeyri-müəyyənlik tanker daşımalarının maya dəyərini artırır. Nəticədə həm sığorta xərcləri yüksəlir, həm də təchizat zəncirində risklər çoxalır. Bu amillər mühərrik yağlarının istehsal və idxal xərclərinə birbaşa təsir göstərir. Digər tərəfdən, bazarda təklifin azalması da qiymət artımını sürətləndirən əsas faktorlardan biridir. Mövcud vəziyyət dəyişməz qalarsa, mühərrik yağlarının qiymətində əlavə 10-15 faiz artım riski qalmaqdadır”.
İqtisadçı bildirib ki, xüsusilə sintetik və premium seqmentə aid yağlar bu prosesdən daha çox təsirlənir:
“Bəzi istehsalçılar Yaxın Şərq mənşəli baza yağlarından daha çox istifadə etdikləri üçün həmin məhsullarda qiymət artımı və hətta müvəqqəti qıtlıq ehtimalı daha yüksəkdir. Belə şəraitdə idxalçılar ehtiyat toplamağa çalışırlar ki, bu da bazarda əlavə tələb yaradaraq qiymətlərə təzyiq göstərir. Hətta regionda gərginlik azalsa belə, qiymətlərin dərhal əvvəlki səviyyəyə qayıtması gözlənilmir. Çünki hazırda formalaşan ehtiyat toplama meyli və bazardakı qeyri-müəyyənlik müəyyən müddət ərzində qiymətlərin yüksək qalmasına səbəb ola bilər”.
Keyfiyyətsiz yanacağa görə mühərrik yağları bahalaşır
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?










