Avtomobil sənayesi üçün qlobal proqnoz verildi

S&P (Standard&Poors) reytinq agentliyi yaxın perspektiv üçün avtomobil sənayesi ilə bağlı proqnozlarını ictimailəşdirib.
Avtosfer.az xəbər verir ki, agentlik avtomobil sənayesinin xarici təsirlərlə üz-üzə olduğunu bildirir. Söhbət tariflərdən, ticarət axınından və elektromobilə tələbatın artmasından gedir.
Ümumi mənzərə belədir ki, qlobal istehsal yavaş templə artacaq, inkişaf regiona görə dəyişəcək. Çində artımın sürətli, Avropa və Amerikada isə zəif templə olacağı gözlənilir.
Proqnoza görə 2026-cı ildə Avropada minik avtomobili istehsalı ötən ilkindən aşağı səviyyədə olacaq. Bu da Çin maşınlarının idxalının kütləviləşməsi ilə əlaqədardır. Geniş yayılmış modellərin istehsalı 2 faiz azalacağı halda, premium sinfində eyni həcmdə artım gözlənilir. Ümumi tələbat isə ləng artacaq. 2027-ci ildə bərpa olunacaq istehsal artımı 2030-dək davam edəcək.
Asiya regionuna gəlincə: 2026-2028-ci ildə Çin, Yaponiya və Koreyada istehsalın artması gözlənilir. Hər 3 ölkə ixraca meyllidir. Əsas istehsal hibrid və elektromobil olacaq. Hindistanda isə daxili tələbatın artması istehsal üçün əlverişli olacaq.
Cənubi Amerika ölkələrindən Braziliya və Meksikada ciddi artım gözlənilmir.
Şimali Amerika ilə bağlı proqnoz isə mənfidir. ABŞ və Kanadada 2026-cı ildə 0,8 faiz geriləmə gözlənilir. Bu ölkələrin maşın bazarını əsasən Yaponiya və Koreya modellərinin dolduracağı təxmin edilir.
Vüqar Yaşaroğlu
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












